İnsanlara hürriyət, millətlərə istiqlal!

İranlı qadının Nobel mükafatını övladları aldı

774 12.12.2023 12:41 Dünya A A

Dünən Osloda (Norveç) Nobel Sülh Mükafatının təqdimetmə mərasimi keçirilib.

2023-cü il mükafatı iranlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədiyə "qadınlara zülmə qarşı mübarizəsinə" və "insan hüquqları və azadlığının təşviqi uğrunda mübarizəsinə" görə verilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, mükafatı laureatın övladları Əli və Kiana Rəhmani qəbul edib. Çünki hüquq müdafiəçisinin özü İranda həbsdədir və mərasimdə iştirak edə bilməyib.

Norveç Nobel Komitəsinin sədri Berit Reiss-Andersen deyib: “Builki sülh mükafatı İranda və dünyanın hər yerində fundamental insan haqları və qadınların ayrı-seçkiliyi və seqreqasiyasına son qoymaq üçün mübarizə aparan cəsarətli qadınları tanıyır.

Ailəsi bildirib ki, Məhəmmədi bazar günü Osloda keçirilən mərasimlə eyni vaxtda yeni aclıq aksiyasına başlayıb.

“O, ifadə azadlığı və müstəqillik hüququ uğrunda, qadınların kölgədə qalmasını və bədənlərini örtməsini tələb edən qaydalara qarşı mübarizə aparır. Nümayişçilərin ifadə etdikləri azadlıq tələbləri təkcə qadınları deyil, bütün əhalini narahat edir, o, qadınların dolğun və ləyaqətli yaşamaq hüququ uğrunda mübarizəsini dəstəkləyir”, - Nobel Komitəsi qeyd edib.

рпслрпмпр.jpg (132 KB)

17 yaşlı Əli və Kiana Rəhmani diplom və medal alıblar, həmçinin analarının yazdığı Nobel nitqini oxuyublar.

Məhəmmədi 2021-ci ildən “Evin” həbsxanasında saxlanılır. O, ümumilikdə 31 il müddətinə azadlıqdan məhrum edilib.

2023-cü ildə Nobel mükafatının dəyəri 11 milyon İsveç kronu (təxminən bir milyon dollar) təşkil edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR