İnsanlara hürriyət, millətlərə istiqlal!

İranla bağlı ŞOK AÇIQLAMA - Son üç ay ərzində...

851 27.02.2024 12:32 Region A A

Son üç ay ərzində İran zənginləşdirilmiş uran ehtiyatlarını azaldıb.

Musavat.com xəbər verir ki, bu barədə “Bloomberg” Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) qapalı hesabatına istinadən məlumat yayıb.

Agentlik yazır ki, bu addım Yaxın Şərqdə münaqişənin kəskinləşməsi ilə bağlı bəzi narahatlıqları azalda bilər.

BMT müfəttişləri bildiriblər ki, İranda yüksək zənginləşdirilmiş uranın səviyyəsi noyabr ayından bəri 5% azalıb.

Bununla belə, bu cür silahların yaradılması barədə qərar qəbul edilərsə, ölkə bir neçə həftə ərzində bir neçə atom bombası təchiz etməyə qadirdir.

MAQATE-nin hesabatında deyilir ki, ehtiyatları azaltmaq üçün İran 60%-ə qədər zənginləşdirilmiş 31,8 kq uranı aşağı konsentrasiyalı materialla qarışdırıb.

Beləliklə, 60%-ə qədər zənginləşdirilmiş uranın həcmi 128,3 kq-dan 121,5 kq-a qədər azalıb. 20%-ə qədər zənginləşdirilmiş uranın ehtiyatları isə noyabrda 567,1 kq-dan 712,2 kq-a yüksəlib.

Noyabrda "Reuters" yazıb ki, o dövrdə mövcud olan uran ehtiyatlarının daha da zənginləşdirilməsi ilə bu həcmin 90%-i üç atom bombası yaratmaq üçün kifayət edəcək. İran yeganə ölkədir ki, nüvə silahı istehsal etmədən uranı bu qədər yüksək səviyyədə zənginləşdirib.

Xatırladaq ki, 2015-ci ildə Çin, Rusiya, Böyük Britaniya, Fransa, ABŞ və Almaniya Tehranın nüvə proqramı ilə bağlı böhranı həll etmək məqsədi ilə İranla Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) imzalayıb. 2018-ci ildə ABŞ-ın proqramdan çıxmasından sonra Tehran saziş üzrə bəzi öhdəliklərindən imtina edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR