İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın yeni seçilmiş prezidenti siyasi rəqiblərinə müraciət edib

1283 06.07.2024 10:24 Dünya A A

Prezident seçkilərinin ikinci turunda qalib gələn İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkian siyasi rəqiblərini “qardaş” adlandırıb və hər kəsə dostluq əli uzadacağına söz verib.

“Report” xəbər verir ki, bu barədə “Nour News” agentliyi məlumat yayıb.

“Hər kəsə dostluq əli uzadacam, hamını ölkənin inkişafına cəlb edəcəm. Rəqiblər mənim qardaşlarımdır”, - o vurğulayıb.

Xatırladaq ki, İranın Seçki Komissiyasının rəhbəri Möhsün Eslami ikinci turda 16 milyon 384 min 403 seçicinin səs verdiyi islahatçı Məsud Pezeşkianın seçkilərdə qalib gəldiyini açıqlamışdı. M.Pezeşkianın rəqibi, mühafizəkarlar qanadının namizədi Səid Cəlili isə 13 milyon 538 min 179 səs toplayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR