İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın ŞOK PLANI - Bu ölkədə hərbi baza qurmaq istəyir

1310 03.03.2024 20:44 Region A A

İran İslam Respublikasının hakimiyyət orqanları ötən il Sudanda hərbi-dəniz bazası tikmək hüququ əldə etmək istəyib.

Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) Sudan kəşfiyyatının yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

Sudan hərbi rəhbərinin kəşfiyyat üzrə müşaviri Əhməd Həsən Məhəmməd qəzetə verdiyi müsahibədə bildirib ki, ötən il ölkənin silahlı qüvvələri ilə Çevik Reaksiya Qüvvələri arasında münaqişə başlayandan sonra hərbi texnikanın, xüsusilə pilotsuz təyyarələrin tədarükü həyata keçirilib.

Bundan əlavə, Tehran Qırmızı dəniz sahilində daimi hərbi-dəniz bazasının tikintisinə razılıq əldə etmək müqabilində Sudana helikopterdaşıyan gəmi verməyi təklif edib.

Belə bir baza İrana Süveyş kanalından keçən, o cümlədən İsrail limanlarına gedən bütün gəmiləri izləməyə imkan verəcək.

İran tərəfi bildirib ki, onlar bazadan kəşfiyyat məlumatlarının toplanması üçün istifadə etmək istəyirlər.

Həsən Məhəmmədin sözlərinə görə, Sudan həmin vaxt münasibətləri bərpa etməyə başladığı ABŞ və İsraili narazı salmaq istəməyərək bu təklifi rədd edib.

Qəzet xatırladır ki, İranın bütün regional rəqibləri - İsrail, Misir və Səudiyyə Ərəbistanının Qırmızı dənizə çıxışı var.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR