İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın 10 milyard dolları “azad” olundu

3822 13.10.2023 15:02 Region A A

İran İraqda dondurulmuş 10 milyard dollarlıq aktivlərinə çıxış əldə edib.

Musavat.com-un xəbərinə görə, bu barədə İranın ISNA agentliyi İslam Respublikasının Mərkəzi Bankına istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, bu vəsaitlər Cənubi Koreyada bu yaxınlarda sərbəst buraxılaraq Qətərdəki hesaba köçürülən 6 milyard dollarla birlikdə dondurulmuşdu. 2023-cü ilin iyununda İraq hökuməti ABŞ-dan qaz və elektrik enerjisinin idxalı ilə bağlı İran qarşısında maliyyə öhdəlikləri probleminin həllinə yardım etməsini istəyib. İraq elektrik stansiyaları elektrik enerjisi və qaz təchizatında İrandan çox asılıdır. Eyni zamanda, son bir neçə ildə Vaşinqton Bağdadın Tehrana olan borcunu ödəməyə mane olub. 2023-cü ilin aprel ayının sonunda bu, təxminən 10 milyard dollar idi.

Avqust ayında İranla ABŞ məhbus mübadiləsi ilə yanaşı, İranın Cənubi Koreyada dondurulmuş 6 milyard dollarının sərbəstləşdirilməsi barədə də razılığa gəliblər. İran Mərkəzi Bankının açıqladığı məlumatdan aydın olur ki, aktivlərin üzərindən həbsin götürülməsi yalnız bir ölkə ilə məhdudlaşmayıb.

Qeyd edək ki, İranın NİCO şirkəti Azərbaycanın “Şahdəniz” layihəsində 10 faiz paya malikdir. ABŞ sanksiyalarına görə, şirkət layihədən payına düşən mənfəəti ala bilmir: mənfəət xüsusi hesaba yığılır. Böyük ehtimalla, İran tezliklə bu vəsaitlərə də çıxış əldə edəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR