İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda nazirlik türk adlarından istifadə edənləri hədələdi

689 31.05.2024 13:57 Dünya A A

İranın İslami irşad və mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili Fars Dilinin Qorunması Şurasının toplantısında adları fars dilində olmayan bir sıra sahibkarlıq və ictimai obyektləri, o cümlədən kompleksləri hədələyərək deyib: “Qanuna tabe olmayan komplekslərin adları dəyişdirilməsə, bu, qaydalara uyğun şəkildə həll ediləcək”.

Musavat.com xəbər verir ki, məlumat teleqram kanallarında yayılıb.

Bildirilir ki, o, İranın ali rəhbəri Əli Xameneyinin fars dilinin qorunması ilə bağlı dediklərinə toxunaraq əlavə edib: “Qanunu pozanlar olarsa, Prokurorluğa məlumat göndərəcəyik, lazım gələrsə, məhkəməyə şikayət verəcəyik, əsasnaməyə, əlavə və dəyişikliklərə ehtiyac olarsa, hökumətdə təsdiq edəcəyik”.

Qeyd olunub ki, İslami İrşad və Mədəniyyət Nazirliyi ölkədə ictimai məkanlara türk, kürd, lor və s. dillərdə adların verilməsinə qadağa qoyub. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR