İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda mollaların döyülməsi dəb halını alır- “Molla rejimi” içəridən dağılır- VİDEO  

3644 04.11.2022 16:45 Region A A


Son günlərdə sosial şəbəkələrdə İranda molların gənclər tərəfindən döyülməsi, başlarından əmmamələrinin salınması ilə bağlı çoxsaylı videolar yayılır.

Musavat.com xəbər verir ki, yayılan videoların hamısı eyni süjetlə çəkilir- bir gənc video çəkir, digəri isə qaçaraq qarşıda gedən mollanın başındakı əmmaməni vurub, yerə salır.

Lakin bununla bərabər artıq mollaların döyülməsi halına da rast gəlinir. Noyabrın 2-də Təbrizin Qüds şəhərciyinin Yağçiyan məscidinin imamı Höccətülislam Əmirxanı məsciddən evinə qayıtdığı vaxt naməlum gənclər tərəfindən döyülüb.

Mediaya açıqlamasında Əmirxani gənclərin onu vurub yıxdıqdan sonra təpiklədiklərini, qol və qıç sümüklərinin çatladığını və bir neçə dişinin sındırıldığını deyib. O, hücum edənlərin iki minik avtomobili ilə onu izlədiklərini və saylarının 7-8 nəfər olduğunu bildirib.

Xeyli müddətdir davam edən və dünyanın dörd bir yanından dəstək alan iranlı qadınların mübarizəsi, mollaların döyülməsi halları xalqın mövcud rejimin qadağalarından təngə gəldiyini göstərir, eyni zamanda artıq çağdaş dövrdə insanların məhdudiyyətlərlə yaşaması insan hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilir.



İran hakimiyyəti isə bütün bunların qarşsında xeyli aciz görünür. Problemi həll etmək, vəziyyəti sakitləşdirmək yerinə daha da gərginləşdirir. Məsələn, prezident Rəisi etirazçılara “milçək” dedi və aksiyaçılar daha da hiddətlənib, meydanlardan çəkilmədilər.

Baş verənlərin fonunda bəzi irançılar isə bu aksiyalara “din əleyhinə çıxmaq” donu geyindirməyə çalışır. Əslində isə kimsəyə sirr deyil ki, İran İslam dinini artıq bir biznes vasitəsinə çevirib. Məsələn, İran İslamın 5 əsas şərtindən birinə - Həcc (Kəbə) ziyarətinə qarşı alternativ olaraq Ərbəin ziyarətini yaradıb.

İran rejimi bundan həm Səudiyyə Ərəbistanla mübarizədə istifadə edir, həm İslam dininin parçalanmasını dərinləşdirir, həm də Kərbəla ziyarəti üzərindən qurduğu biznesi inkişaf etdirir.
İran Əhli-Beytin müqəddəs məkanlarına – həm Kərbəla-Nəcəf, həm Məşhəd-Qum səfərlərindən nə qədər pul qazanır və bu pulları hara xərcləyir? Məlumatlar var ki, əldə olunan gəlirlər İranın başqa ölkələrdə silahlı dəstələrin maliyyələşməsinə xərclənir.

Bu baxımdan da şübhə yoxdur ki, İranda dəb halını almağa başlayan mollaların döyülməsi gec-tez “molla rejimi”nin sonunu gətirəcək. İranın bir zamanlar tərəfdarı olan şəxslərin böyük qismi də bu gerçəklikləri görürlər və baş verənlərə artıq öz etirazlarını bildirirlər.

Əli Rais,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR