İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda məşhur türkmən müğənnisini ölüm cəzası gözləyir

682 02.04.2024 14:10 Dünya A A

Məşhur türkmən müğənnisi Nazir Həbibov İran gömrükçüləri tərəfindən narkotik vasitələrdən istifadə etdiyi və daşıdığı üçün saxlanılıb.

Musavat.com turkmen.news-a istinadən xəbər verir ki, o, hazırda İranda məhkəmə prosesini gözləyir.

Nəşrin qeyd etdiyi kimi, İranda ölüm hökmü var və edam cəzasına məhkum edilənlərin 80 faizi narkotik vasitələrin qanunsuz dövriyyəsində günahkar sayılanlardır. 2021-ci ildə ölkədə narkotiklərlə əlaqəli cinayətlərə görə 126 nəfər asılıb.

“İranlıların bir əcnəbini edam etməsi ehtimalı azdır, lakin Nazirin məsələsində hələ də yaxşı bir şey yoxdur. Türkmənistan hakimiyyəti çox güman ki, vətənində mühakimə olunmaq üçün onun ekstradisiyasını istəyəcək”, - mənbə qeyd edir.

Nazir Həbibov əvvəllər də narkotik maddə istifadəsinə görə məhkum olunub. O, aldığı 15 illik həbs cəzasının 6 ilini çəkdikdən sonra 2022-ci ildə əfv siyahısına daxil edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR