İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda itkin düşən Fəridin anası ADA rektoruna müraciət etdi: “Sizdən xahiş edirəm...”

1593 14.03.2023 12:15 Son xəbər A A

İrana səfər etdiyi güman edilən və yaxınları ilə əlaqəsi kəsilən Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova ADA universitetinin rektoru Hafiz Paşayeva müraciət edib. Musavat.com həmin müraciətin mətnini təqdim edir:

“Hörmətli Hafiz müəllim! Mən İranda İtkin düşmüş ADA məzunu Fərid Səfərlinin anasiyam. Artiq 10 gündür oğlumla əlaqələrimiz kəsilib. Fevralin 20-də Fərid dostunu görmək üçün İrana səfər edib. Martın 5-də geri dönməli idi. Qayitmaq üçün bilet də alıbmış. Lakin martın 4-dən telefonu sönüb, sosial şəbəkə hesabları bağlıdır. Məsələ ilə əlaqədar XİN İran dövlətinə nota göndərib. Lakin heç bir nəticə yoxdur.

Hafiz müəllim, mən bilirəm ki, sizin qapınız həmişə ADA məzunlarinin üzünə açıqdır. Sizdən bir ana kimi xahiş edirəm, beynəlxalq aləmdəki və Azərbaycandakı nüfuzunuzdan istifadə edərək, oğlumun tapılmasına kömək edəsiniz. Sonda sizə bildirmək istəyirəm ki, Fərid ADA-da aldığı təhsil sayəsində, Almaniyada master təhsili alarkən rahatlıqla, heç bir çətinlik çəkmədən alman təhsilinə inteqrasiya edə bildi. Buna görə fürsətdən istifadə edib sizə öz təşəkkürümü bildirirəm”.

Afaq MİRAYİQ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR