İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda “Hüseyniyun” rəhbərlərini kim və niyə həbs etmişdi? - VİDEO

1037 03.05.2023 21:07 Kriminal A A

İranda sığınacaq tapmış və illərdən bəri anti-Azərbaycan fəaliyyətləri ilə məşğul olan “Hüseynçilər”, yaxud “Hüseyniyun” qruplaşmasının iki rəhbərinin - Tohid İbrahimbəyli və Orxan Məmmədovun Qum şəhərində təhlükəsizlik orqanları tərəfindən saxlanması barədə xəbər son bir həftədə Azərbaycan-İran münasibətlərində əsas gündəm mövzularından birinə çevrilib.

Adıçəkilən şəxslərin İrandan Azərbaycana təhvil verilməsi ən yüksək səviyyədə tələb olunan cinayətkarlar siyahısında yer alması həbsin ardınca onların birbaşa və ya dolayısı ilə Bakıya veriləcəyi barədə ehtimallara yol açıb, bu da İran mediasında və sosial şəbəkələrdə müəyyən müzakirələr doğurub.

Qeyd edək ki, bu şəxslərin Azərbaycan tərəfinə təhvil verilməsi barədə söhbətlər bir müddət əvvəl də meydana çıxıb. Bunu hələ o vaxt İranda rejimin önəmli ideoloqlarından sayılan və “Hüseyniyun”un əsas dəstəkçilərindən biri olan Əli Əkbər Raefipur etiraf edib və öz etirazını bildirib. Raefipur, əksinə, İran-Azərbaycan münasibətlərindəki gərginlik şəraitində “Hüseyniyun”a hərtərəfli dəstək verilməsinin, onun daha da gücləndirilməsinin Azərbaycanın qarşısında dayanmağın və rəsmi Bakıya təzyiqin səmərəli yollarından biri olduğunu vurğulayıb.

O da maraqlıdır ki, bu dəfə, yəni “Hüseyniyun” rəhbərlərinin həbs edilməsi xəbəri yayılan kimi onların Azərbaycana təhvil verilməsi ehtimalını “SEPAH”ın adından fəaliyyət göstərən rusdilli “Telegram” kanalı səsləndirərək yazıb:

“İran onları Azərbaycana verə bilər. Belə ki, hələ Həsən Ruhaninin prezidentliyi dövründə Azərbaycan onların təhvil verilməsi ilə əlaqədar İrana rəsmən müraciət etmişdi”.

Bu fikir azadlıqda olan “Hüseyniyun” üzvlərini təşvişə salıb və onlar rəhbərlərinin ilk günlər gizli saxlamağa çalışdıqları həbs faktını ictimailəşdirməyə məcbur olublar. (Oxu.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR