İnsanlara hürriyət, millətlərə istiqlal!

İrana getmək Ermənistandan da təhlükəlidir - Fərid Səfərlidən sonra daha iki soydaşımız itkin düşdü

879 18.04.2023 08:37 Gündəm A A

İrana müalicə üçün gedən azərbaycanlılar - Naxçıvanın Şərur rayon sakinləri Vüsal Quliyev və Rövşən Seyidin bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə mətbuatda məlumat yayılıb.

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə “Yeni Müsavat”a dedi ki, hazırda bu məsələ araşdırılır: “Hələ ki bununla bağlı açıqlamamız yoxdur. Çünki biz bu məsələni araşdırırıq. Hər üç məsələ araşdırılır”. Bu fakt İrana hətta müalicə üçün belə getməyin nə dərəcədə təhlükəli olduğunu ortaya qoyur. Biz hələ bir aydan çoxdur İranda itkin düşən Fərid Səfərlinin acı taleyini demirik. İran Ermənistandan da betər kriminal məkana çevrilib. Yenə Ermənistanda heç olmasa, əsgərlərimizin sağ olduğunu etiraf ediblər. Özünü “islam respublikası” sayan İran bunu da özünə rəva bilmir. İnsanlar niyə hələ də müalicə üçün İrana gedir?

Qeyd edək ki, XİN İrana səyahət etmək istəyənlərə aylar öncə xəbərdarlıq etmişdi. Nazirliyin yaydığı xəbərdarlıq mətnində deyilirdi ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı silahlı terror hücumu olub. Terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəhbəri Əsgərov Orxan Rizvan oğlu şəhid olub və iki nəfər yaralanıb. İrandakı qeyri-sabit vəziyyət və ölkəmizin diplomatik nümayəndəliyinə qarşı törədilmiş terror aktı nəzərə alınmaqla, Azərbaycan vətəndaşlarına zəruri olmadığı təqdirdə İrana səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.

Çingiz Qənizadə: Beynəlxalq təşkilatlar Ermənistanın əsir götürdüyü  Azərbaycan hərbçisinə qarşı işgəncələrə qəti mövqeyini bildirməlidirlər -  AZƏRTAC

Çingiz Qənizadə: “Hazırda İranla Azərbaycan arasında çox gərginlik yaşanır, səfərdən çəkinmək lazımdır”

Sabiq deputat, hüquq müdafiəçisi Çingiz Qənizadə mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Azərbaycanda səhiyyədə olan problemlər və qiymətlərin baha olması həkimlərin müalicəsinin heç bir nəticə verməməsi səbəbindən insanlar İrana axışır: “Əlbəttə, istəməzdik ki, vətəndaşlarımız nəinki İrana, heç Türkiyəyə, Almaniyaya, Gürcüstana da müalicəyə getsinlər. Bu gün Azərbaycanda peşəkar həkimlər var, amma tibb sahəsindəki problemlərin aradan qaldırılmasında çox böyük problemlər var,  istər TƏBİB-də, istərsə də özəl klinikalarda insanlar aldadılır, pullarının alınması üçün əlavə müayinələr tələb olunur. Həkim səhlənkarlığından xeyli əziyyət çəkənlər var. Hazırda hüquq müdafiəçiləri olaraq həkimlərin səhlənkar yanaşması ilə bağlı bizə də müraciətlər var. Jurnalist Günel Gözəlovanın həyat yoldaşı ilə bağlı vəziyyəti indi araşdırırıq”.

Adil Qeybulla: “Avtomobilinizi namaz qılanın, seyidin yanına təmirə  qoysanız, nəyisə dəyişdiriləcək, oğurlanacaq...” Pravda.az

Adil Qeybulla: “Azərbaycanda xeyli tibbi kadrların olduğu, icbari tibbi sığortanın tətbiq olunduğu halda əhalinin İrana getməsinə lüzum görmürəm”

Hüquq müdafiəçisi əlavə edib ki, bu dövrdə İrana getmək olduqca yanlış addımdır: “Təbii ki, bizim İranda soydaşlarımız var, 30 milyondan yuxarı Azərbaycan türkləri orada yaşayır. Lakin onlar da İran molla rejiminin əsarəti altındadır. Onlar buradan gedən azərbaycanlılara qucaq açacaqlar, amma İranın siyasi rejimi çirkli addım atmağa hazırdır. Bundan öncə də Fərid Səfərli adlı gəncimiz də İranda yoxa çıxıb, bu günə qədər məlumat yoxdur. Belə bir məqamda İrana getmək böyük bir risk tələb edir. Çox təəssüf edirəm ki, bizim Şərur rayon sakinləri həqiqətən də İran ərazisinə gedib və onların saxlanılması ilə bağlı məlumatlar dəqiqdirsə, bu hadisənin məsuliyyətini onların ailəsində görürəm. Hazırda İranla Azərbaycan arasında çox gərginlik yaşanır. İrana səfərdən çəkinmək lazımdır. İrana müalicə üçün getmək doğru addım deyil, hər kəs özünü riskə atmış olur. Onu da qeyd etmək istəyirəm ki, burada İrana xidmət edən, İran siyasətini  reallaşdırmağa çalışan, Azərbaycanda "Kərimə dövləti"ni yaratmaq istəyən insanlara qarşı Azərbaycan hüquq-mühafizə orqanlarının əməliyyatları keçirilir. Çox sayda həbslər var. Belə bir zamanda biz düşmənə fürsət verə bilmərik ki, İran ərazisinə müalicə adı ilə gedən soydaşlarımızı həbs edib onlardan da İrana qarşı istifadə edilmiş şəxs obrazı yaradılaraq gələcəkdə həbs edilmiş insanlarla dəyişdirmək niyyətində olsunlar. Ona görə mütləq indiki dönəmdə İrana istənilən səfərdən yayınmaq lazımdır".

Tanınmış həkim, professor Adil Qeybulla da mövzu ilə bağlı dedi ki, xaricə müalicəyə getmək dünyanın bütün ölkələrində var: “İrandan da Amerikaya, Avropaya gedirlər. Avropadan Amerikaya gedirlər. Türkiyədən Amerikaya gedirlər. Sadəcə olaraq, İrana kütləvi axın var. Bunun bir səbəbi İranda müalicənin ucuz olmasıdır. Xüsusilə də inflyasiyadan sonra daha da sərfəli olmasına bağlıdır. Amma İrandakı müalicə ilə bağlı problemlər var. İndiki halda Azərbaycanda xeyli tibbi kadrların olduğu, icbari tibbi sığortanın tətbiq olunduğu halda, əhalinin bundan yararlanmaq imkanı olduğu zamanda İrana getməyə xüsusi bir lüzum görmürəm. İranla münasibətlər gərgindir, İran dövləti Azərbaycanın müstəqilliyinə hər an təhdidlər yaradır. Səfirliyimizdə baş verən hadisə, İranın Azərbaycanla bağlı ritorikaları vətəndaşları da diqqətli olmağa sövq etməlidir. İnsanlar diqqətli olmalıdırlar. İrana lüzum olmadığı yerdə səfərlər də etmək doğru deyil. Təxribatlar dövlət üçün də əlavə problemlər yaradır. Problemlə üzləşən vətəndaşın işi ilə dövlətin müvafiq strukturları məşğul olmalıdır. Çalışmaq lazımdır, mümkün qədər aşırlaşmalar olmasın”.

Afaq MİRAYİQ,

“Yeni Müsavat” 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR