İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Yaxın Şərqdəki proksilərindən ABŞ-ı qıcıqlandırmamağı tələb edir

585 18.02.2024 14:20 İqtisadiyyat A A

 

ABŞ-la birbaşa qarşıdurmaya təhrik olunmaqdan ehtiyatlanan İran, özəl olaraq Hizbullahı və Yaxın Şərqdəki digər silahlı hərəkatları bölgədəki Amerika qüvvələrinə qarşı təmkinli olmağa çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə “Washington Post” regiondakı mənbələrə istinadən məlumat yayıb.

ABŞ qüvvələri bu ay Yəmən, Suriya və İraqda İranın dəstəklədiyi qruplaşmalara zərbələr endirdikdə, Tehran açıq şəkildə ordusunun istənilən təhlükəyə cavab verməyə hazır olduğunu elan etdi. Lakin qəzetin danışıqlarda iştirak edən Livan və İraq rəsmilərinə istinadən yazdığına görə, İran rəsmiləri yüksək səviyyəli liderləri özəl olaraq ehtiyatlı olmağa çağırıblar.

Qəzet qeyd edir ki, İraq şiə qruplaşması “Kətaib Hizbullah” üç amerikalı ehtiyatda olan hərbçinin ölümü ilə nəticələnən hücumun məsuliyyətini üzərinə götürdükdən bir neçə gün sonra İran hərbi komandiri Bağdada enərək hərəkat liderlərindən Amerika obyektlərinə hücumları dayandıran bəyanatla çıxış etməyi tələb edib. İraqlı bir rəsmi qəzetə bildirib ki, liderlər buna könülsüz razılaşıblar.

Livanın “Hizbullah” şiə hərəkatındakı mənbə qəzetə bildirib ki, fevral ayında Livanda keçirilən toplantıda İran rəsmiləri hərəkat üzvlərinə İsrailin baş naziri Binyamin Netanyahuya Livanda və ya başqa yerdə daha geniş müharibəyə başlamaq üçün səbəb verməkdə maraqlı olmadıqlarını bildiriblər.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR