İnsanlara hürriyət, millətlərə istiqlal!

İran sərhədçiləri hara baxır?– Yaşıl inqilab ixracatçılarının “ağ ölüm” tranziti 7\24 işləyir

3619 16.06.2022 09:15 Yazarlar A A

Hər gün olmasa da, günaşırı qəzet və saytlarda bu cür xəbərlər oxuyuruq:

“İrandan Cəbrayıla 63 kq narkotik keçirən şəxslər tutulub”;

“İrandan Azərbaycana narkotik gətirən qadın tutulub”;

“İrandan gətirilən 33 kiloqram narkotik tutulub”;

“İrandan gətirilən 45 kiloqram narkotik maddə tutulub;

“İrandan narkotik və psixotrop maddələr gətirən şəxs saxlanılıb”;

“İrandan gətirilən 22 kiloqramdan çox narkotik götürülüb”;

“Sərhədçilər İrandan 50 kiloqram narkotik maddə qaçaqmalçılığının qarşısını alıblar”;

“DSX: 34 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb”.

4433.jpg (74 KB)

Bu, yalnız “Google“ axtarış saytına “İrandan gətirilən narkotik” sözləri yazıb axtarış verəndə çıxan informasiyaların başlıqlarıdır və hamısı deyil, onda biridir. Bunlardan başqa, İrandan gətirilən narkotik maddələrlə bağlı fərqli başlıqlar altında verilən N qədər xəbər var.

Bunlar hələ qarşısı alınanlar, tutulanlardır. Böyük ehtimalla sərhədçilərdən və gömrükçülərdən hansısa hiylə ilə və ya rüşvət müqabilində yayındırılaraq ölkəyə keçirilən narkotik maddələrin həcmi bundan 3 dəfə böyükdür. Narkotik trafiki aysberqə bənzəyir, üçdə ikisi suyun altındadır, görünmür, üçdə biri isə suyun üzərindədir və yuxarıda başlıqlarını verdiyimiz xəbərlərdə görünür.

Bir də hərdən internet resurslarında belə xəbərlər yer alır: “İranda 10 nəfər narkotik maddə qaçaqçısı asılaraq edam olunub”.

22.jpg (54 KB)

Bu nə dərəcədə ciddi xəbərdir, bilinmir. Əgər İran dövlətinin narkotik tranziti ilə bağlı mövqeyi bir dəfəyə 10 nəfəri edam edəcək qədər sərt olsaydı, təkcə ölkəmizə narkotik maddə keçirərkən ilişənlərin hamısını asmaq üçün ölkədəki bütün inşaat şirkətlərinin kranları yetməzdi. (Bilindiyi kimi, İranda artıq insanları dar ağacından asmırlar, bu işi asanlaşdırmaq üçün tikinti kranlarından istifadə edirlər).

Belə çıxır ki, ikisinin biridir: Ya İranda narkotik alverçiləri iki qrupa bölünür, zəhəri xaricə satanları tutmur, ölkə içində xırıd edənləri cəzalandırırlar, ya da yaxın qonşulara narkotik maddə ixrac edənlər yerli narkomanlarla işləyənlərdən daha fərasətli və ələkeçməzdirlər.

Amma insanlar cümlənin ikinci “ya”dan sonra gələn nağılvari hissəsinə inanacaq qədər sadəlövh deyillər. Demək, birinci məsələdir. İranda xaricə narkotik göndərənlər dövlət səviyyəsində himayə olunur, hətta stimullaşdırılır.

44.jpg (224 KB)

Bu günlərdə bunu sübut edən bir hadisə baş verib. İllər öncə ölkəmizə narkotik maddə keçirərkən yaxalanmış və uzun müddətli həbs cəzasına məhkum edilmiş bir iranlı cəzasınnı üçdə ikisini çəkdikdən sonra öz ölkəsinə ekstradisiya olunub. Prinsipcə, o, narkotik maddə ilə “ilişdiyi”nə görə onu İranda asmalıydılar. Amma nə asmaq? Adama yüngül cəza da verməyiblər, azad buraxıblar. Həmin şəxs qısa bir müddətdən sonra Azərbaycana yenidən narkotik maddə keçirərkən yaxalanıb.

Bu, onu sübut edir ki, İranda narkotik ixracatçılarına “qayğı və himayə” böyükdür. Çünki onlar ölkəyə valyuta gətirirlər, üstəlik, "kafirlər"i zəhərləyir, genofondunu zədələyirlər. Güman ki, əsas düşüncə budur.

Bəs bu narkotik maddələr harada istehsal olunur? Burada sirr-filan yoxdur. O narkotik maddələrin çox hissəsi Əfqanıstanda, az bir hissəsi isə İranın özündə hazırlanır. Necə ola bilər ki, dünyanın ən böyük çuğul-agent şəbəkəsinə malik olan, yaxın qonşularına "yaşıl inqilab" ixrac etmək istəyən İran dövləti öz daxilindəki çətənə plantatorlarını, emal zavodlarını aşkar edib qapada bilmir? İnandırıcı deyil.

66.jpg (108 KB)

Yaxşı, deyək ki, bu mümkün deyil, yerli plantatorlar çox hiyləgərdirlər, yaxa ələ vermirlər. Bəs Əfqanıstandan Azərbaycan, Ermənistan və Türkiyə sərhədlərinə uzanan 1500-2000 kilometrlik (təkcə Əfqanıstan-İran sərhədindəki Heratdan Astaraya qədər 1721 km-dir) yolla hər gün daşınan yüz tonlarla narkotik maddəni tutmaq çoxmu çətindir? Azı 15 yerdə yaxalamaq olar. Niyə həmin narkotik tranziti marşrutu saat kimi işləyir və narkotacirlər yalnız Azərbaycanda ələ keçir? Bəs İranda qaçaqmalçılıqla, narkotik maddələrlə mübarizə idarələri yoxdurmu? Sərhədçilər hara baxır?

145-1_418.jpg (105 KB)

Bəs İslam dini insanın huşunu aparan bütün növ maddələri (spirtli içkiləri, narkotik maddələri) haram buyurub axı. Necə ola bilər ki, dünyanın ən böyük narkotik maddə istehsal edən dövləti (Əfqanıstan) də islam respublikasıdır, eyni zamanda narkotik tranzitinin ən intensiv işlədiyi ölkə (İran) də.

Qatı islamçı “Taliban” təşkilatı hakimiyyətə gəlməzdən öncə Əfqanıstanda istehsal olunan narkotik maddələrin 80 faizi NATO-nun və bu təşkilatın nəzarət etdikləri rayonlarda istehsal olunduğu halda yerdə qalan 20 faizi Həmid Kərzay və Əşrəf Qəni hökumətlərinin idarəsi altında olan bölgələrdə hazırlanıb. Narkotik istehsal etmək islami dəyərlərə ziddirmi? Ziddir. İstehsal və emal olunmuş narkotik maddələri 3-c ölkələrə, xüsusilə də Türkiyə və Azərbaycan kimi müsəlman ölkələrinə ixrac etmək də eyni dərəcədə dini baxımdan günah işdirmi? Mühəqqəq elədir.

112.JPG (68 KB)

Amma bu iki islam dövləti bu işlə məşğuldur.

Acı və təkzibedilməz gerçəklik bundan ibarətdir.

Biz elə bir regiondayıq ki, hər gün şimaldan təhlükə gözləyirik. Ancaq cənubdan hər saat gələn təhlükə daha real və qorxuncdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR