İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan SƏRHƏDİNƏ GƏLDİ, yeni mesajlar var – Ədalət Verdiyevlə “Canlı debat”

1659 23.03.2023 13:19 Gündəm A A

İran Sərhəd Qoşunlarının komandanı Əhməd Əli Qodarzi Azərbaycan ilə həmsərhəd Xudafərin bölgəsinə səfər edib. O, İran Televiziyasına verdiyi açıqlamada bildirib ki, səfərdən məqsədi sərhəd bölgəsində təhlükəsizliyin təmin olunması ilə bağlı məsələlərlə yerindəcə tanış olmaqdır.

Qudərzi qeyd edib ki, real vaxt rejimində sərhəd monitorinqi yerli istehsal avadanlıqlarından istifadə etməklə həyata keçirilir.
İran Sərhəd Qoşunlarının komandanı bundan öncə hər dəfə Azərbaycanla sərhəd bölgəyə səfər edəndə Azərbaycan Respublikasına qarşı müxtəlif ittihamlar irəli sürüb.

Qudərzi bundan öncə Xudafərin bölgəsində etdiyi səfər zamanı Azərbaycan Respublikasından terror törətmək məqsədilə İrana silahlı şəxslərin keçdiyini və onların həbs edildiyini iddia etmişdi.

Qeyd edək ki, son günlər sosial media kanallarında Tehran hökumətinin Azərbaycanla sərhəd bölgələrə hərbi texnika və canlı qüvvə yığması ilə bağlı məlumatlar yayılıb.

İrandan bir-birinin ardınca gələn bu həmlələr nəyin xəbərçisidir? Biz hansı addımları atmalıyıq?

Bu və gündəmdəki digər xəbərləri bu gün aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Ədalət Verdiyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR