İnsanlara hürriyət, millətlərə istiqlal!

İran rəsmisi ilə HƏMAS nümayəndəsi Moskvada görüşdü

371 27.10.2023 15:39 Dünya A A

 

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Baqiri Kani Moskvada HƏMAS Siyasi Bürosunun üzvü Əbu Mərzuk ilə görüşüb. Görüşdə Fələstin və İsrail arasında atəşkəs müzakirə edilib.

Musavat.com Rusiya mətbuatına istinadən məlumat verir ki, iranlı diplomat ölkəsinin Fələstinə dəstək verən prinsipial mövqeyini vurğulayıb. Onun sözlərinə görə, əsas vəzifə dərhal atəşkəs əldə etmək, əhaliyə yardım göstərmək və Qəzzanın repressiv blokadasını aradan qaldırmaqdır. Cümə axşamı isə İran xarici işlər nazirinin müavinini Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov qəbul edib. Bildirilib ki, tərəflər Yaxın Şərqdə atəşkəs və əhaliyə humanitar yardımın göstərilməsi məsələlərində həmrəydirlər. Boqdanov Həmas nümayəndəsi Əbu Mərzukla da görüşüb. Nümayəndə heyəti Rusiyanın Yaxın Şərq münaqişəsi ilə bağlı mövqeyini və Rusiya diplomatiyasının səylərini yüksək qiymətləndirib.

Kreml sözçüsü Dmitri Peskov deyib ki, Moskvada səfərdə olan HƏMAS nümayəndələrinin Rusiya Prezidenti Vladimir Putinlə görüşü planlaşdırılmayıb.

“Təmaslar XİN xətti ilə olacaq”, -deyə Peskov qeyd edib.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR