İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Qafanda konsulluq açdı: Millət vəkili Fazil Mustafadan CAVAB

2421 12.08.2022 12:48 Qarabağ xəbərləri A A

"İran Ermənistanın Qafan şəhərinə konsul təyin edib".

Bunu İran parlamentinin erməni əsilli deputatı Robert Beqlaryan deyib.

Onun sözlərinə görə, konsul artıq İrəvandadır və bir sıra görüşlər keçirib.

Musavat.com xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkə hesabında paylaşım edib.

O buna cavab olaraq təcili Şuşada Türkiyə konsulluğunu açmağı təklif edib:

"Qafanda konsulluq açırlar, xeyirli olsun! Bəlkə, darıxmasınlar deyə biz də təcili Şuşada Türkiyə konsulluğunu açaq? Onlar Qafandan "Ələm-dar" uçuranda biz də Şuşadan "Bayraqdar" uçurarıq".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR