İnsanlara hürriyət, millətlərə istiqlal!

“İran dostluğu əməldə göstərməlidir” - Politoloqdan SƏRT AÇIQLAMA

829 17.04.2023 15:43 Gündəm A A

“XİN sözçüsü Nasir Kənani Azərbaycanla münasibətlərə dair fikirlərini bildirərkən İranla Azərbaycan arasında münasibətlərin düşmənləri olduğunu deyib. Bundan əlavə, İran İslam Şurası sədrinin müavini Əli Nikzad son aylarda gərginləşmiş İran-Azərbaycan münasibətləri barədə danışarkən İranın tarix boyu qonşularına həmişə xüsusi hörmət göstərmiş böyük ölkə olduğunu, o cümlədən Azərbaycan Respublikasına həmişə hörmətlə yanaşdıqlarını bildirib”.

Musavat.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, bu, onların növbəti uydurmalarıdır:

“Nağıl danışırlar, uydurma sözlərdir. Həmişə dediklərini deyirlər. O hansı üçüncü ölkədir ki, aramızı pozmağa çalışır? Hansı üçüncü ölkədir ki, bizim Tehrandakı səfirliyimizə hücum edib, bizim vətəndaşımıza atəş açıb öldürüb? Hansı üçüncü tərəf Azərbaycan sərhədlərində təlimlər keçir və ya tələbimizin izini azdırıb itkin salıb? Bunları Azərbaycana qarşı İran özü edir. İnternet saytlarında da təxribat xarakterli görüntülər yayıldı, bunu da hansısa üçüncü qüvvələr etdi? İran təkcə Azərbaycanın deyil, eyni zamanda digər qonşu dövlətlərinin də daxili işlərinə qarışır. İran Səudiyyə Ərəbistanı ilə barışıb, amma orada da müəyyən radikal qruplara dəstək verir. Yəməndə, İraqda, Suriyada, Azərbaycanın özündə “beşinci kolon” formalaşdırır”.

Politoloq vurğulayıb ki, Azərbaycan İranla münasibətlərin gərginləşməsində maraqlı deyil, daha çox tərəfdaşlıq etməyi düşünür:

“Biz tərəfdaş münasibətlər istəyirik, ortaq iqtisadi, siyasi layihələrin olmasını istəyirik. Lakin bütün bunları pozan, dağıdan İranın təxribatlarıdır ki, İkinci Qarabağ müharibəsindən sonra daha da genişləndiriblər. Əsas problem odur ki, İran ölkəmizin müstəqilliyini qəbul edə bilmir, Azərbaycanı “Bakı dövləti” adlandırır. Bu o deməkdir ki, bizi dövlət kimi də tanımaq istəmirlər. Üçüncü ölkə söhbəti də bir bəhanədir. Siyasi münasibətlərin normal olması üçün İran çox ciddi addımlar atılmalıdır. Səfirliyimizə hücum olub, araşdırılıb bizə məlumat verilməlidir, deputatımıza hücum olub, istintaq bitəndən sonra bunun da arxasından onlar çıxsa, bunun da açıqlanması mütləq olmalıdır. Azərbaycanla sərhəddə hərbi təlimlər edirsə, bu barədə bizə məlumat verilməldir, oğurlanan tələbə barədə bilgi verilməlidir, saymaqla bitmir. Bunlar barədə tutarlı açıqlamalar verilsə, belə olan halda hər iki ölkənin xarici işlər nazirlərinin telefon görüşləri müsbət nəticə verə bilər. Əks halda on dəfə, hətta yüz dəfə telefon danışığı olsa da, münasibətlər normallaşmayacaq”.

Dürrə Həsənova,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR