İnsanlara hürriyət, millətlərə istiqlal!

İran atom elektrik stansiyaları ilə bağlı Rusiyadan kömək istəyib

677 07.06.2024 22:53 Dünya A A

İran Rusiyanı, mövcud olan Buşəhr stansiyasından əlavə,  yeni atom elektrik stansiyalarının tikintisi layihələrinə cəlb etməyə hazırdır.

Musavat.com xəbər verir ki, bunu İranın Moskvadakı fövqəladə və səlahiyyətli səfiri Kazem Cəlali SPİEF-də bildirib.

“Biz artıq rusiyalı tərəfdaşların digər elektrik stansiyalarının tikintisində iştirak etməyə hazır olduğumuzu bildirmişik”, - Cəlali bildirib.  Energetika üzrə ekspert Kirill Rodionov qeyd edir ki, İrandakı bütün elektrik stansiyalarının quraşdırılmış gücü təxminən 87 GVt təşkil edir və qaz istilik elektrik stansiyaları əsas rol oynayır. Onların gücü 2010-2023-cü illər arasında 80%-dən çox artıb.

"Atomİnfo" sənaye portalının baş redaktoru Aleksandr Uvarov hesab edir ki, iranlıların özləri iki atom elektrik stansiyasının tikintisinə başladıqları layihələri başa çatdırmağa qadirdirlər. Lakin onun sözlərinə görə, güclü tərəfdaşı olmayan atom elektrik stansiyasının tikintisi 20 il və ya daha çox vaxt apara bilər.


Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR