İnsanlara hürriyət, millətlərə istiqlal!

İran ABŞ-la birbaşa sülh danışıqlarını dayandırdı

1686 19.04.2026 03:38 Dünya A A

İran xarici işlər nazirinin müavini Səid Xətibzadə ABŞ-la birbaşa sülh danışıqlarının hazırda dayandırıldığını açıqlayıb.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Vaşinqton özünün “maksimalist” tələblərinə yenidən baxmayınca Tehran bu formata qayıtmayacaq.

Xətibzadə bildirib ki, İran üçün əvvəlcə ümumi anlaşma çərçivəsinin formalaşması vacibdir, yalnız bundan sonra növbəti təmasların tarixi müəyyənləşdirilə bilər.

İranlı diplomat həmçinin vurğulayıb ki, ABŞ-nin sanksiyaları yumşaltmaması və əsas məsələlərdə sərt mövqedən geri çəkilməməsi danışıqlar prosesini dalana dirəyib. Onun fikrincə, Tehran beynəlxalq hüquqa əsaslanan və “konstruktiv” məzmun daşıyan müzakirələrə açıqdır, lakin birtərəfli diktə xarakterli tələbləri qəbul etməyəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR