ABŞ İranla danışıqlarda demək olar ki, bütün məqsədlərinə artıq nail olub.
Musavat.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp CNBC-yə verdiyi müsahibədə deyib: "Və biz danışıqlar aparırıq. Düşünürəm ki, onlar demək olar ki, bizə lazım olan hər şeyə razılıq veriblər".
Eyni zamanda Ağ Ev rəhbəri İrana qarşı illərlə davam edən hərbi kampaniya aparmaq istəyinin olmadığını bildirib. "Doğrudur! Doğrudur!" Tramp televiziya aparıcısının onu ABŞ-ın özünü başqa bir "əbədi müharibəyə" - bu dəfə İranla - cəlb olunmayacağına əmin olacaq praqmatist kimi təsvir etməsini eşidəndə qışqırıb: "Biz 19 ildir Vyetnamdayıq. Təxminən 10 ildir Əfqanıstandayıq. Koreyada əbədi olaraq döyüşmüşük. Hətta Birinci Dünya Müharibəsi və İkinci Dünya Müharibəsindən də bəhs etmək istəmirəm. Biz bu müharibələrin hər birində uzun illər idik. Və mən burada dörd aydır ki, buradayam. Bəs mən nəyə nail oldum? Mən onları hərbi yolla məğlub etdim".
Musavat.com






