İnsanlara hürriyət, millətlərə istiqlal!

İnternet televiziyaları tətildə hansı qrafiklə çalışacaqlar?

818 19.03.2022 15:20 Media A A

Azərbaycanda Novruz bayramı ilə əlaqədar sabahdan tətil başlayır.

Martın 20-i bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq. Beləliklə, 8 günlük tətil sabahdan etibarən başlayır.

Bəs ölkə gündəmini Rusiya-Ukrayna muharibəsi zəbt etdiyi bir vaxtda internet televizyaları 8 günlük tətildə hansı qrafiklə çalışacaqlar? İstirahət edəcəklər, yoxsa yayına davam ?

Məsələ ilə bağlı Musavat.com-un əməkdaşı bir neçə internet tv ilə əlaqə saxlayıb, əməkdaşlardan açıqlama alıb.

Demək olar ki, bütün aparıcılar ölkə və dünya gündəmini zəbt edən müharibə səbəbindən yayıma davam edəcəklərini bildiriblər.

Deputat kimlərə “əxlaqsız” dedi; Mirələmovun oğlu həbsxana yolunda! SEVİNC  TELMANQIZI İLƏ CANLI DEBAT

“TV Musavat”ın aparıcısı Sevinc Telmanqızı deyib ki, tətildə gündəlik olaraq işləyəcəklər:

“Qrafik üzrə hər gün səhər-axşam işləyəcəyik. Rusiya-Ukrayna müharibəsində ən kritik günlər yaxın günlərdir. Belə bir məqamda tamaşaçıları xəbərsiz qoymaq olmaz. Evdən, ev şəraitində fəaliyyət göstərəcəyik”.

c5920782b5624c5b2ed70e9a1de78743.jpg (74 KB)

“TV Musavat”ın daha bir aparıcısı Emil Salamoğlu isə bildirdi ki, bayram tətili günlərində də işlərini davam etdirəcəklər:
“Əvvəlki qrafikdə çalışacağıq. Aparıcı Sevinc Telmanqızı bayram günlərində hər gün canlı yayımda verlişlərini təqdim edəcək. Həmçinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı anbaan məlumatları izləyicilərə çatdıracaq. Eyni zamanda yeni bir tanınmış aparıcı Fuad Abbasov “TV Musavat” komandasına qoşulacaq. Fuad Abbasov hər həftənin 4-cü günü “TV Musavat”ın efirinə çıxacaq. Canlı yayımda Ukraynada və Rusiyada yaşayan vətəndaşların həm təxliyəsi, həm də problemləri ilə bağlı canlı yayımlar edəcək. Martın 25-də mən də efirlərimi bərpa edəcəm”.

Əvəz Zeynallı: Müstəqil tənqidçi media bərqərar olana qədər yolumuz var »  Azxeber.com Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Daha bir internet televiziyası olan “Xural TV”in aparıcısı Əvəz Zeynallı isə bunları dedi: “Biz əvvəlki qrafiklə işləyəcəyik.

İmkanımız olsa 1-2 gün valideynlərimizi ziyarət edəcəyik. Ondan sonra əvvəlki kimi fəaliyyət göstərəcəyik. 19-20 mart tarixlərində dincəlib, daha sonra işləyəcəyik. İşimizin başında olacağıq”.

Büdcə parazitləri öz işlərindədirlər – Aygün Muradxanlı yazır – Yenicag.Az

“Prime TV”in aparıcısı Aygün Muradxanlı bildirdi ki, bayram günlərində də izləyiciləri xəbərsiz qoymayacaqlar.

“Operativ xəbərləri çatdıracağıq. Gündəlik olaraq isə çalışacağıq ki, ən azı bir dəfə canlı yayıma çıxaq. Hər nə qədər bayram tətili olsa da hazırda həm ölkə, həm də dünya gündəmində Ukrayna-Rusiya münasibətlərinin gərgin ab-havası var. Ona görə də biz canlı yayımları davam etdirəcəyik. Şənbə və bazar günləri də daxil olmaqla çalışacağıq. Muharibə dönəmində jurnalistlərin ən sıx qrafiki olur. Hazırda da dünya bir muharibə yaşayır. Ona görə də biz istirahəti saxlayırıq qələbədən sonraya”.

Sevinc Osmanqızının “qarınağrısı” nədir?

“Reaksiya TV”ın aparıcısı olan Zaur Qəriboğlu isə dedi ki, onlar üçün qrafik yoxdur: “Hər gün, bazar günü də daxil olmaqla işləyirik. Demək olar ki, mən 2010-cu ildən istirahətsiz işləyirəm. Yəqin ki, hər gün canlı yayım olacaq. Qonaqlar olmasa da, biz özümüz canlı yayım edəcəyik. Mətbuat üçün nə bayramı? Bizə bayram yoxdur”.

Ləman Rüfətqızı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR