İnsanlara hürriyət, millətlərə istiqlal!

“Instagram” canlı yayım funksiyasını genişləndirir

1480 13.07.2022 11:10 Texnologiya A A

Məşhur sosial media platforması “Instagram” canlı yayım funksiyasını genişləndirir.

Musavat.com techno-ya istinadən xəbər verir ki, “Instagram”da masaüstü kompüter və müxtəlif üçüncü tərəf platformalar vasitəsilə canlı yayım açmaq mümkün olacaq. Instagram OBS, “Streamyard” və “Streamlabs” kimi canlı yayım proqramından istifadə edərək masaüstündən canlı yayım imkanı verən yeni aləti sınaqdan keçirir.

“Meta” sosial media platforması ilk dəfə tətbiqdən kənarda canlı yayıma imkan verir. Yeni inteqrasiya sayəsində “Instagram” paylaşımlarında xarici kamera, mikrofon və ya ekran şablonlarından istifadə etmək olar.

“Instagram”ın masaüstü versiyasında canlı yayıma başlamaq üçün əvvəlcə hansı yayım platformasını seçdiyinizi (məsələn, OBS və ya “Streamlabs”) göstərməlisiniz. Bundan sonra sizdən canlı yayımınıza başlıq verməyiniz istəniləcək. Başlığınızı seçdikdən sonra açarı və birbaşa yayım bağlantısını görəcəksiniz. Hər iki kodu xarici proqram təminatına köçürməklə siz “Instagram” yayınını xarici proqramla əlaqələndirmiş olacaqsınız.

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR