İnsanlara hürriyət, millətlərə istiqlal!

"İngiltərə kiçik bir müharibədə belə bir aydan çox tab gətirməz" – “The Times”

598 09.07.2024 12:45 Dünya A A

İngiltərə silahlı qüvvələri elə bir vəziyyətdədir ki, kiçik bir müharibədə belə bir aydan çox tab gətirə bilməz.

Musavat.com xəbər verir ki, bu barədə “The Times” qəzeti Britaniya quru qoşunlarının baş qərargahının keçmiş rəhbəri Patrik Sandersə istinadən məlumat yayıb.

Sanders qeyd edib ki, Birləşmiş Krallıqda müdafiəyə ayrılan maliyyə xərclərinin ixtisar olunması səbəbindən qoşunların sayının azalması narahatlıq doğurur. O, Ukraynaya iki illik ianədən sonra silah-sursatın təhlükəli dərəcədə az olmasından narahatlığını ifadə edib.

General dünyanın “1945-ci ildən bəri ən təhlükəli məqamı” yaşadığı bir vaxtda hərbi məqsədlər üçün xərclərin ÜDM-in ən azı 3%-nə qədər artırılmasını zəruri hesab edir.

“Hökumətin indi bizdən (hərbçilərdən) tələb etdiyi işlər maliyyə və imkanlar çərçivəsindən kənara çıxır”, - nəşrin həmsöhbəti qeyd edib. Bu, "hərbi hava qüvvələri, hərbi dəniz qüvvələri və ordunun modernləşdirilməsi, arsenalların doldurulması və müdafiə sənayesi bazasının yenidən qurulması" ilə eyni vaxtda baş verir”, - Sanders əlavə edib. Onun sözlərinə görə, mövcud resurslar bütün bunları eyni vaxtda etməyə imkan vermir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR