Azərbaycanda fəaliyyət göstərən informasiya platforması İNFOAZ.MEDİA bu gün fəaliyyətə başlamasının birinci ildönümünü qeyd edir.
Bir il əvvəl oxucuların istifadəsinə verilən platforma qısa müddətdə ölkə və dünya gündəmini operativ, dəqiq və obyektiv şəkildə təqdim edən media resurslarından birinə çevrilib. Bu müddət ərzində saytda siyasət, cəmiyyət, iqtisadiyyat, dünya xəbərləri, müsahibələr və analitik yazılar müntəzəm olaraq dərc olunub.
Sosial şəbəkələrdə də aktiv fəaliyyəti ilə seçilən İNFOAZ.MEDİA xəbərlərin sürətli və çevik şəkildə auditoriyaya çatdırılması istiqamətində fəaliyyətini davam etdirib. Platforma həm sayt, həm də sosial media üzərindən minlərlə izləyiciyə operativ informasiya təqdim edib.
Layihənin əsas məqsədi ilk gündən etibarlı məlumatın çatdırılması, aktual mövzuların işıqlandırılması və peşəkar media nümunəsi kimi informasiya məkanında öz yerini möhkəmləndirmək olub.
Qeyd edək ki, İNFOAZ.MEDİA media reyestrində qeydiyyatdan keçmiş informasiya resursudur.






