İnsanlara hürriyət, millətlərə istiqlal!

İnfantinonun mundialla bağlı yeni planı - Üç ildən bir...

1090 20.12.2022 16:52 İdman A A

FİFA prezidenti Canni İnfantino dünya çempionatınınüç ildən bir keçirilməsini istəyir.

Qol.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. İnfantino əmindir ki, mundialın qışda təşkili dönüş nöqtəsi olub və idmanın bundan sonra inkişaf edə və qloballaşa biləcəyini göstərir. İnfantino hər üç ildən bir dünya çempionatının, digər illərdə isə klublararası dünya çempionatı və qitə yarışlarının keçirilməsini istəyir.

Bildirilib ki, belə dəyişikliklər yalnız 2030-cu il dünya çempionatından sonra mümkündür, çünki 2024-2030-cu illər üçün beynəlxalq futbol təqvimi ilə bağlı danışıqlar demək olar ki, başa çatıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR