İnsanlara hürriyət, millətlərə istiqlal!

"İmperator" ləqəbli banda başçısı Özbəkistanda saxlanılıb

1000 28.04.2023 10:46 Kriminal A A

Daşkənd vilayətində Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatçıları mütəşəkkil cinayətkar qrupun “İmperator” adlı liderini saxlayıb.

Musavat.com Özbəkistan mediasında istinadla xəbər verir ki, hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edən vətəndaş 2022-ci ilin mart ayında "İmperator" ləqəbli şəxsdən 3800 dollar borc aldığını bildirib. Borclu 2023-cü ilin aprelində məbləği qaytarmalı imiş. Ancaq o, pulu gecikdirdiyi üçün "İmperator"un ondann əlavə 1000 dollar tələb etdiyini bildirib.

Şikayətçi bildirib ki, bunu ödəməyəcəyi təqdirdə "İmperator" onu küçə qanunlarıyla  cəzalandıracağı ilə hədələyib. Keçirilən əməliyyat tədbirləri nəticəsində dəfələrlə məhkum olunmuş "İmperator" və onun 6 şəriki şikayətçidən 1000 dollar alarkən saxlanılıb.

Cinayətkar qrupun bütün üzvləri mühafizəyə götürülüb, onlara Cinayət Məcəlləsinin müvafiq maddələrii ilə ittiham elan edilib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR