İnsanlara hürriyət, millətlərə istiqlal!

İmişlidə avtomobil marketə çırpıldı: Yeniyetmə son anda xilas oldu - ANBAAN VİDEO

1076 24.04.2024 01:36 Hadisə A A

İlk yayın vaxtı 23:46

İmişlidə yol-nəqliyyat hadisəsi baş verib, idarəetmədən çıxan minik avtomobili marketə çırpılıb.

Oxu.Az xəbər verir ki, bu barədə görüntülər obyektin müşahidə kameralarına əks olunub.

Belə ki, hadisə İmişli şəhəri Koroğlu küçəsində qeydə alınıb.

İdarəetmədən çıxan “Mercedes-Benz” markalı minik avtomobili marketə çırpılıb. Hadisədən bir neçə saniyə öncə market qarşısından keçən yeniyetmə son anda qəzadan xilas olub.

Qəza zamanı xəsarət alan olmasa da, marketin giriş hissəsi dağılıb və nəqliyyat vasitəsi zədələnib.

Həmin görüntüləri təqdim edirik: 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR