İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Maskın həyatı filmə çevrilir

407 12.11.2023 09:11 Dünya A A

"Forbes"in milyarderlər siyahısında 223,8 milyard dollar sərvəti ilə birinci pillədə qərarlaşan "Tesla", "SpaceX" və "X" ("Twitter") şirkətlərinin sahibi İlon Maskın həyatı filmə çevrilir.

Filmin rejissoru kürsüsünə "Siyah Kuğu", "Bir Rüya İçin Ağıt" və "Balina" kimi filmlərin yaradıcısı olan Darren Arofonski oturacaq.

52 yaşlı amerikalı iş adamının həyatı "A24" kino və televiziya şirkəti tərəfindən lentə alınacaq.

 

 

Film Uolter İsaaksonun yazdığı və sentyabrda nəşr olunan 2İlon Maskın tərcümeyi-halı"ndan ilhamlanacaq.

İsaakson daha əvvəl "Apple" qurucusu Stiv Cobsun tərcümeyi-halını yazmışdı. Bu kitab 2015-ci ildə "Stiv Cobs" adlı filmə uyğunlaşdırılıb.

CNN-in keçmiş prezidenti və baş direktoru olan İsaakson bundan önc Henri Kissincer, Benjamin Franklin və Eynşteyn də daxil olmaqla bir sıra şəxlərin tərcümeyi-halı yazıb.//Publika.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR