İnsanlara hürriyət, millətlərə istiqlal!

Ilon Mask “Twitter”in onu məhkəməyə vermək niyyətinə gülüb

723 12.07.2022 00:33 Texnologiya A A

Xəbər verildiyi kimi, amerikalı milyarder İlon Mask, “Twitter” şirkətinə sahib olmaq üçün 44 milyard dollarlıq satınalma müqaviləsindən imtina edib. “Twitter” şirkəti isə buna görə onu məhkəməyə verəcəyi ilə hədələyib.

İxtiraçı milyarder bu gün yazdığı statusda sosial platformun bu niyyətinə istehza ilə yanaşdığını nümayiş etdirib.

Onun sözlərinə görə, sosial şəbəkə ondansa botlar və spam hesabları haqqında daha çox məlumatı açıqlamalıdır. Onun bildiridiyinə görə, “Twitter” bununla bağlı əldə olunan razılaşmanı pozub.

“Benchmark” konsaltin şirkətinin analitiki Mark Zqutoviçə görə, məhkəmə prosesi sosial plaforma üçün ciddi risklər daşıyır. "Twitter-in direktorlar şurası məhkəmə prosesi zamanı açıqlanan hər hansı əlavə daxili məlumatdan öz işçilərinə və səhmdarlarına potensial zərəri nəzərə almalıdır",-deyə o, qeyd edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR