İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Mask Nobel sülh mükafatına namizəd göstərilib

327 21.02.2024 12:53 Ölkə A A

Amerikalı milyarder və X sosial şəbəkənin sahibi İlon Maskın Nobel sülh mükafatına namizədliyi irəli sürülüb.

Musavat.com Daily Mail-ə istinadən bildirir ki, bu təklifi norveçli deputat Marius Nilsen səsləndirib.

“Maskın təsis etdiyi, sahib olduğu və ya idarə etdiyi bir çox texnologiya şirkətləri diqqətini cəmiyyətin yaxşılaşdırılmasına, həm Yer, həm də kosmos haqqında biliklərin genişləndirilməsinə və bütün dünyada kommunikasiya və qarşılıqlı əlaqəyə imkan yaratmağa yönəlib və dünyanı daha əlaqəli və təhlükəsiz yerə çevirməyə kömək edir", - Nilsen deyib.

Qeyd olunur ki, norveçli deputat Maskı “qütbləşmiş dünyada dialoqu qətiyyətlə müdafiə etdiyinə, söz azadlığına və öz fikrini ifadə etmək bacarığına” görə tərifləyib.

Nəşrin məlumatına görə, namizədlər arasında britaniyalı ekoloq Devid Attenboro, avstraliyalı jurnalist Culian Assanj, Roma papası Fransisk, BMT rəhbəri Antonio Quterreş, fələstinli jurnalist Hind Xudari, NATO-nun baş katibi Yens Stoltenberq, Kolumbiya prezidenti Qustavo Petro və ABŞ-ın keçmiş prezidenti Donald Tramp var.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR