İnsanlara hürriyət, millətlərə istiqlal!

İlin birinci yarısında ən az büdcə xərcləməsi bu sahədə olub

500 01.08.2023 13:48 İqtisadiyyat A A

2023-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinin xərcləri 14 milyard 63,3 milyon manat təşkil edib.

Musavat.com Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, yarımillik proqnozdan 5,7 faiz çoxdur.

İlin birinci yarısında dövlət büdcəsi xərclərinin 9 milyard 718,8 milyon manatı və ya 69,1 faizi cari xərclərə, 3 milyard 913,7 milyon manatı və ya 27,8 faizi əsaslı xərclərə, 430,8 milyon manatı və ya 3,1 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Məlumatdan aydın olur ki, 2023-cü ilin yanvar-iyun aylarında səhiyyə xərcləri 122,6 faiz icra edilməklə 932,2 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 120,4 faiz icra edilməklə 2120,9 milyon manat, təhsil xərcləri 110,9 faiz icra edilməklə 1956,6 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 110,8 faiz icra edilməklə 1682,9 milyon manat, kənd təsərrüfatı xərcləri 108,9 faiz icra edilməklə 522,3 milyon manat, iqtisadi fəaliyyət xərcləri 105,7 faiz icra edilməklə 2905,4 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri 101,0 faiz icra edilməklə 2147,5 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 100,7 faiz icra edilməklə 1109,2 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 90,5 faiz icra edilməklə 202,7 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 75,6 faiz icra edilməklə 111,9 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 57,6 faiz icra edilməklə 80,6 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərcləri 55,0 faiz icra edilərək 291,1 milyon manat təşkil edib.

2023-cü ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə nəzərdə tutulmuş 3 milyard manat vəsaitin birinci yarımildə 65,6 faizi və ya 1 milyard 967,9 milyon manatı istifadə olunub.

Dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə icraçılar tərəfindən verilmiş sifarişlər əsasında 758,7 milyon manat maliyyələşdirilmə həyata keçirilib. Bu, cari ildə həmin məqsəd üçün nəzərdə tutulmuş xərclərin 28,5 faizinə bərabərdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR