İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevin İslamabad səfərinin ŞİFRƏLƏRİ: düşmənlər ona görə peşman olmalıdır ki...

1567 13.07.2024 09:11 Siyasət A A

Azərbaycan-Pakistan əməkdaşlığı ən yüksək zirvədə - tarixi səfər

Prezident İlham Əliyevin Pakistan İslam Respublikasına dövlət səfəri hələ dövlətimizin başçısının təyyarəsi havada ikən böyük rezonansa səbəb oldu. Qardaş Pakistanın qırıcılarının Azərbaycan liderinin təyyarəsini müşayiət etməsini əks etdirən kadrların yayılması hər birimizi qürurlandırdı. Odur ki, tarixi köklərə bağlı olan iki qardaş ölkənin liderlər səviyyəsində bir araya gəlməsinin yüksək nəticələri şübhə doğurmurdu.

Səfərin davam etdiyi günlərdə İslamabadda küçələrin Azərbaycan bayraqları ilə bəzədilməsi, Bakı ilə İslamabadın qardaşlaşmış şəhərlər elan olunması, Prezident İlham Əliyevin şəkillərinin binaların üzərinə vurulması dost, qardaş Pakistan xalqının, dövlətinin ölkəmizə böyük sevgisinin təzahürüdür. Həmçinin Pakistan Müdafiə Nazirliyinin “Üç Qardaş, Bir Ailə! Üç ölkə, bir millət!” paylaşımı da qürurverici məqam oldu.

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanda dövlət səfərindədir - VİDEO

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin  Azərbaycan Prezidentini elə İslamabadın hava limanındaca şəxsən qarşılaması, yüksək səviyyədə qarşılanma mərasiminin həyata keçirilməsi, səmimi atmosfer, dostluq, qardaşlığa əsaslanan bəyanatlar, çıxışlar bu müttəfiqliyin əbədi olduğuna şübhə yeri qoymur.

İyulun 11-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər. Pakistanın Baş naziri “Mənim əziz qardaşım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev”, deyərək dövlətimizin liderini və onu müşayiət edən  Azərbaycan nümayəndə heyətinin üzvlərini səmimi salamlayıb. 2023-cü ildə Azərbaycana dəvət olunmasını xatırladan Baş nazir bildirib ki, noyabr ayında yenidən Bakıya gələcək.

İlham Əliyev Pakistanda - Şahbaz Şərif şəxsən qarşıladı

Baş naziri Məhəmməd Şahbaz Şərif çox məhsuldar təkbətək və sonra geniş tərkibdə görüşlərin olduğunu bildirib. Qeyd edib ki, bu müzakirələrin qarşılıqlı inam və etimad, hər iki ölkənin irəli getməli olduğuna və hələ də kiçik olan, təqribən yüz milyon dollardan az olan və dostluğumuzu, qardaşlığımızı əks etdirməyən ticarət, birgə investisiyalar, birgə əməkdaşlıq sahələrində, qarşılıqlı fayda verən sahələrdə daha yüksək nailiyyətlər qazanmalı olduğuna dair təcililik və sarsılmaz dəstək əsasında aparıldığından çox məmnundur: “Pakistan həmişə sizin Qarabağla bağlı mövqeyinizi dəstəkləmişdir və sizin Qələbəniz ədalətin hərtərəfli təntənəsinin nümunəsidir. Pakistan bu onilliklər ərzində həmişə sizin haqq işinizi dəstəkləyib. Eynilə mənim əziz qardaşım, Siz həmişə kəşmirlilərin haqq işini dəstəkləmisiniz. Mən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq öz müqəddəratını təyin etmək hüququna nail olmaq üçün yetmiş ildən artıq böyük qurbanlar vermiş milyonlarla insanı nəzərdə tuturam. Yaxın Şərqdə digər ölkələrlə yanaşı, Azərbaycan və Türkiyə Kəşmirin haqq işini dəstəkləyən dost və qardaş ölkələrdən olmuşdur”.

İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış  ediblər » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Baş nazir qeyd edib ki, ətraflı söhbət zamanı biz ikitərəfli ticarətimizi genişləndirməklə bağlı razılığa gəldik: “Biz, həmçinin birgə əməkdaşlıq və birgə investisiya sahələrini müzakirə etdik. Qardaşım Prezident, icazənizlə deyim ki, biz qarşılıqlı mənfəətli layihələrə ilkin olaraq 2 milyard dollar dəyərində investisiyalarla bağlı müzakirə apardıq. Bu gün biz bununla bağlı ilkin müzakirələr apardıq. Sabah isə iki ölkənin nümayəndə heyətləri ilə rəsmi müzakirələr aparılacaq və sonra ümidvaram ki, mən noyabrda sizin möhtəşəm ölkənizə səfər edəndə, o vaxta qədər hər iki tərəf ilkin olaraq 2 milyard dollar dəyərində razılaşmaları imzalamağa hazır olacaq. İnşallah, bu göstəriciləri qarşıdakı illərdə milyardlarla dollaradək artırmaq üçün hər iki tərəfin böyük potensialı var. Əminəm, hər iki tərəf, xüsusilə Pakistan tərəfi qardaş ölkəmiz olan Azərbaycanın bu sürətinə çatmaq üçün gərgin işləyəcək ki, biz bu müzakirəni həqiqi fəaliyyətə çevirə bilək”.

Baş nazir qeyd edib ki, Azərbaycanın nümayəndə heyətinin üzvü tərəfindən İslamabadın abadlaşdırılması planı təqdim olunub: “Biz bu cür planları bəzən İstanbuldan nümunə götürürdük, indi isə Bakıdan nümunə götürürük. Onun komandası bu yaxınlarda İslamabada səfər edəcək. Daxili işlər naziri də buradadır. Heyətin rəhbəri bu fürsətdən istifadə edib İslamabadı Bakıya oxşadacaq”.

Azərbaycan və Türkiyə prezidentləri Ankaranın Esenboğa Hava Limanında  görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev bəyanatında bildirib ki, sizin gözəl ölkənizdə yenidən səfərdə olmaq böyük şərəfdir: “Biz görüşəndə əziz qardaşımdan xahiş etdiyim ilk məsələlərdən biri salamlarımı və hörmətimi mənim çox hörmət etdiyim və 7 il əvvəl burada - bu binada görüşdüyüm qardaşım, Baş nazir Nəvaz Şərifə çatdırmaq oldu. İndi isə mən böyük qardaşımıza hörmətimi kameralar qarşısında ifadə etmək istəyirəm. Mənim Pakistana 7 ildən sonra qardaşımın qardaşı Baş nazir olduğu zaman səfər etməyim rəmzi məna kəsb edir. Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb və biz Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşları artıq müzakirə etdik. Bir sözlə, Pakistandan gələn insanlar İçərişəhəri ziyarət edəndə və Karvansaranı görəndə onu ”Multan" adlandırırlar. Beləliklə, onlar bizim əsrlər boyu bir-birimizə necə bağlı olduğumuzu anlayırlar. Həqiqətən, bu bağlantı böyük sərvətdir".

Prezident bildirib ki,  bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri həmin bünövrəyə əsaslanır: “Biz qardaşıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik. Məsələn, irəli sürdüyümüz təşəbbüsdə qardaşlarımız bizi dəstəkləyir və eyni dəstək qarşılıqlı olur. Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq”.

Dövlətimizin başçısı daha sonra bildirib: “Biz, bütün Azərbaycan xalqı yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olmuşdur. İkinci Qarabağ müharibəsi - Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətlərimizi unikal edir. Bu gün praktiki layihələrlə bağlı bu münasibətləri hiss etmək üçün müzakirə etdiklərimiz bu bünövrəyə əsaslanır”.

Ölkə başçımız deyib ki, biz qarşılıqlı ticarətin həcmini birmənalı olaraq artıracağıq: “Onlardan birini mən xüsusilə qeyd etmək istərdim. Bu, güzəştli ticarətlə bağlı sənəddir. Biz ilkin mərhələdə güzəştli ticarət formatına aid 9 maddəni müəyyən etdik. Lakin bu, yalnız başlanğıcdır. Əlbəttə ki, həmin şəxsin üzərinə böyük məsuliyyət düşür. Qardaşım ondan ayağa qalxmağı xahiş etdi ki, İslamabadda hər kəs onu tanısın. Bu abadlıq işlərində iştirak etmək böyük məsuliyyət və şərəfdir. Buyurun, əyləşin. Sizə deyə bilərəm ki, mən artıq qardaşımın xahişi ilə onu və onun heyətini ezam etdim və onlar müəyyən vaxt ərzində burada olublar. Onlar hörmətli Baş nazirə təqdim etdiyimiz layihənin ilk variantını hazırlayıblar. Onlar baxacaqlar, nəzərdən keçirəcəklər və əgər layihə təsdiqlənərsə, o, öz heyəti ilə dərhal buraya gələcək və gözəl şəhəri daha da gözəlləşdirmək üçün hər şeyi edəcəklər”.

İlham Əliyevin Şahbaz Şəriflə məhdud tərkibdə görüşü olub

İyulun 12-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari ilə geniş tərkibdə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edildi. Pakistanın və Azərbaycanın daim bir-birini dəstəkləməsi, xüsusilə torpaqlarımız otuz il ərzində işğal altında olduğu dövrdə Pakistanın ölkəmizə siyasi dəstəyi, Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməsi, beynəlxalq hüququn prinsiplərini rəhbər tutması yüksək qiymətləndirilib. Hazırda ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.

Prezident Asif Əli Zərdari Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib. Dövlətimizin başçısı Pakistan Prezidentini COP29-a dəvət edib. Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin, investisiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 12-də İslamabadda Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasının ərazisindəki “Milli Aerokosmik Elm və Texnologiya Parkı”nda hərbi sərgi ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasına dövlət səfəri iyulun 12-də başa çatıb.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Pakistanın daxili işlər naziri Syed Mohsin Raza Naqvi və digər rəsmi şəxslər yola salıblar.

İlyas Hüseynov: Yerli istehsal maskalarla bağlı süni qiymət artımının  qarşısını alacaq | Kaspi.az

İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov “Yeni Müsavat”a açıqlamasında Prezidentin Pakistana səfərini, səslənən bəyanatları çox yüksək qiymətləndirdi: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasına dövlət səfəri çox mühüm hadisələrlə yadda qaldı. Azərbaycan Prezidentinə xüsusi hörmət əlaməti olaraq dövlət başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələrinin qarşılaması və enənədək müşayiət etməsi Müzəffər Ali Baş Komandana qardaş Pakistan tərəfindən özəl münasibətin göstərici idi. Yeri gəlmişkən qeyd edim ki, Pakistan Hərbi Hava Qüvvələrinin JF-17 qırıcıları Azərbaycanın 1 nömrəli təyyarəsini müşayiət edirdi. Bəzi məlumatına görə, Azərbaycan son modifikasiyalı JF-17 Blok 3-də bu qırıcının alınmasına maraq göstərir. Bu da ölkəmizin səmasını daha etibarlı şəkildə qorumağa və müxtəlif manevrlər etməyə imkan yaradacaq. Şanxay Əməkdaşlıq Təşkilatının tədbiri çərçivəsində də Azərbaycan, Türkiyə və Pakistan liderlərinin görüşü mühüm əhəmiyyətə malik idi və əsas etibarilə təhlükəsizlik məsələlərinə həsr olunmuşdu”. İ.Hüseynov vurğuladı ki, Pakistanla Azərbaycan arasında qardaşlıq münasibətlərinin təməli çoxdan qoyulub: “Bizi bağlayan qardaşlıq, dostluq telləridir. İkitərəfli və çoxtərəfli münasibətlərdə Azərbaycan bir-birini dəstəkləyir. Pakistan Ermənistanın işğalçılıq siyasətinə görə onunla heç bir diplomatik münasibət qurmayıb və bu addım ölkəmiz tərəfindən yüksək qiymətləndirilib. Cammu və Kəşmir məsələsində birmənalı dəstəyimiz göstərir ki, bizim İslamabada dəstəyimiz ardıcıl və sarsılmazdır. Bu məsələnin həlli yolu BMT Təhlükəsizlik Şurasının qətnamələrində açıq şəkildə göstərilib. Amma təəssüf ki, bu qətnamələr icra mexanizmi ilə müşayiət olunmur. Prezident İlham Əliyev də öz çıxışında qeyd etdi ki, Kəşmirdəki qardaşlarımızla çiyin-çiyinə dayanacağıq, beynəlxalq hüquqa sadiq qalmağa davam edəcəyik, ədalətin tərəfində olacağıq”.

Politoloq qeyd etdi ki, səfər çərçivəsində imzalanan sənədlər də ikitərəli münasibətləri yeni səviyyəyə qaldıracaq: “Hər iki ölkənin lideri öz çıxışında qarşılıqlı sərmayə qoyuluşunun əhəmiyyətindən söz açdılar. Əminəm ki, qardaş investisiyaları iki ölkə arasında ticarət dövriyyəsini dəfələrlə artıracaq və qardaşlıq münasibətləri daha da inkişaf edəcəkdir”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR