İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev nazirləri TƏSDİQLƏDİ: Kimlər getdi, kimlər qaldı? - TAM siyahı CANLI yayında...

15295 16.02.2024 16:13 Gündəm A A

Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. NK-nin tərkibində iki postda dəyişiklik olub. Belə ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Adil oğlu Salahlıya həvalə edilib. Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, bu təyinatadək sözügedən vəzifəni Mübariz Qurbanlı icra edirdi.

Azərbaycan Respublikasının ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Məmməd oğlu Cəfərova həvalə edilib. Prezident İlham Əliyev sərəncam imzalayıb. Bu təyinatadək ədliyyə naziri Fikrət Məmmədov idi.

Fevralın 16-sı saat 12:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətindəki mövqelərini iriçaplı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

“Birlikdə” hərəkatı Ermənistanın baş naziri Nikol Paşinyanın və bütün Nazirlər Kabinetinin istefasını tələb edib. Bu barədə hərəkatın nümayəndəsi, Demokratlar Partiyasının lideri Aram Sarkisyan mətbuat konfransı zamanı bildirib.

Fevralın 20-də hərəkat İrəvandakı Azadlıq meydanında mitinq keçirməyi planlaşdırır. Onun sözlərinə görə, bu aksiyada belə tələbin 100 səbəbi təqdim olunacaq: “Paşinyana bu məsuliyyətdən qurtulmaqda kömək etmək istəyirik, çünki o, belə hədsiz yükə tab gətirə bilməz”.

“Rusiya Avropa Birliyi (AB) müşahidəçilərinin Ermənistanda (Azərbaycanla sərhəddə) yerləşdirilməsini öz mövcudluğu, nüfuzu və reputasiyasına təhlükə kimi qəbul edir”. Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.

TVMusavat-ın bu gün saat 16:13-də canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevlə söhbətləşir.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR