İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev Laçında 1 Dekabr küçəsində lövhənin açılışını edib, bərpa olunmuş evlə tanış olub FOTO

554 28.05.2023 16:25 Son xəbər A A

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərində “1 Dekabr” adı verilmiş küçədə lövhənin açılışını edib.

Musavat.com xəbər verir ki, dövlətimizin başçısına küçədə görüləcək işlər və yaradılacaq şərait barədə məlumat verildi.

Bildirildi ki, 1 Dekabr küçəsi şəhərin diplomatik yolla işğaldan azad olunduğu tarixə əsasən belə adlandırılıb. Küçənin uzunluğu 1566 metr, eni isə 10 metr təşkil edir.

Prezident İlham Əliyev küçənin adının yazıldığı lövhənin üzərindən örtüyü götürdü.

Sonra dövlətimizin başçısı küçədə yerləşən və bərpa edilmiş yaşayış evində yaradılan şəraitlə tanış oldu.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR