İnsanlara hürriyət, millətlərə istiqlal!

İldırım 19 nəfərin həyatına son qoydu

848 06.07.2024 21:15 Dünya A A

Hindistanın şərqindəki Bihar ştatında ildırım vurması nəticəsində azı 19 nəfər ölüb, 7 nəfər yaralanıb.

Musavat.com xəbər verir ki, bu barədə dövlətə məxsus "All India Radio" məlumat yayıb.

Son 24 saat ərzində Biharda güclü yağış və şimşəklə müşayiət olunan tufan 10 rayona təsir edib.

"All India Radio"nun məlumatına görə, tələfatların əksəriyyəti tarlalarda işləyən və yağış zamanı ağacların altına sığınan insanlara ildırım düşməsi nəticəsində baş verib.

Hindistan Meteorologiya Xidməti yaxın 24 saat ərzində Biharın əksər ərazilərində ildırım və şimşək çaxacağı, həddindən artıq güclü yağış yağacağını proqnozlaşdıraraq sarı xəbərdarlıq edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR