İnsanlara hürriyət, millətlərə istiqlal!

İlan Şorun ofisində axtarış aparıldı

610 09.07.2024 14:13 Dünya A A

Moldovada polis müxalifət partiyalarının “Qələbə” blokunun lideri İlan Şorun Komrat şəhərindəki ofisində axtarışlar aparıb.

Musavat.com xəbər verir ki, bu barədə yerli Milli Antikorrupsiya Mərkəzi (MKM) məlumat yayıb.

“İyulun 9-da səhər saatlarında İlan Şorun ofisində siyasi partiyanın qanunsuz maliyyələşdirilməsi, çirkli pulların yuyulması və maliyyə hesabatlarının saxtalaşdırılması işi üzrə axtarış aparılıb. 6 şübhəli saxlanılıb”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, İlan Şor Moldovada ruspərəst müxalif siyasətçilərdən sayılır. Bundan başqa, onun partiyası Moldovanın tərkibindəki Qaqauziya Muxtar Respublikasında keçirilən seçkilərdə qalib gəlib.

Kişinyovla Qaqauziya arasında münasibətlər Şorun partiyasının nümayəndəsi Yevgeniya Qutsulun muxtariyyət rəhbəri seçilməsindən sonra pisləşib. Daha sonra Moldova prezidenti Maya Sandu səsvermənin kütləvi pozuntularla keçdiyini, Moldova polisinin Qaqauziya Mərkəzi Seçki Komissiyasında axtarışlar apardığını və sənədləri götürdüyünü bildirib. Bununla belə, Qaqauziya parlamenti Qutsulla həmrəy olduğunu bildirib, regionda yeni liderə dəstək məqsədilə bir neçə kütləvi aksiya keçirilib, Komrat Apellyasiya Palatası seçkilərin nəticələrini təsdiqləyib. Lakin Sandu onun Moldova hökumətinin üzvü təyin edilməsi haqqında fərmanı imzalamayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR