İnsanlara hürriyət, millətlərə istiqlal!

"İkili standartlar Avropa İttifaqı üçün adi hala çevrilib" - Çingiz Qənizadə

346 01.03.2024 10:00 Siyasət A A

"Azərbaycanın dünya birliyindəki reytinqi artdıqca ölkəmizin əlaqələri daha da möhkəmlənir, bizimlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı durmadan artır. Xüsusilə, 2020- ci ildə Vətən müharibəsində Ermənistan üzərindəki tarixi Qələbədən və 3 il sonra Qarabağda müzəffər ordumuz tərəfindən aparılan antiterror tədbirlərindən sonra Azərbaycan dünyada qüdrətli dövlət kimi tanınıb. Cəmi 23 saat davam edən antiterror tədbirlərindən sonra Azərbaycanın ərzi bütövlüyü tam bərpa olundu. Təəssüf ki, bəzi beynəlxalq təşkilatlar, həmçinin Fransa kimi ermənipərəst dövlətlər demokratiya pərdəsinə bürünərək ikili standartlardan və antidemokratik mövqeyindən hələ də əl çəkə bilmirlər. Bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib".

Bu fikirləri Musavat.com-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi bugünlərdə Prezident İlham Əliyevin Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib:

"Dövlətimizin başçısı öncə, Azərbaycan- Almaniya münasibətlərinin müsbət inkişaf dinamikasından söhbət açıb. Deyib ki, ikitərəfli münasibətlərin iqtisadi sahəsi həmişə mühüm rol oynayıb. Görüşdə Almaniyanın neytrallıq nümayiş etdirdiyi də diqqətə çatdırılıb. Qeyd edilib ki, Almaniya Fransadan fərqli olaraq, alovun üstünə benzin tökmür və Ermənistanı öldürücü silahlarla təchiz etmir".

Ç.Qənizadə Azərbaycanın öz ərazi bütövlüyünü beynəlxalq hüquq normaları əsasında bərpa etdiyini bildirib:

"Bu məsələdə beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı kimlərinsə bizi günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Əslində, bütün bunlar ölkəmizə qarşı təhdid və təzyiq vasitələridir. Lakin belə qarayaxmalar və təzyiqlər Azərbaycanı, onun liderini mövqeyindən döndərə bilməz. Əslində, bəzi qurumlar və dövlətlər hələ də ikili standartlardan, haqsızlıq nümayiş etdirməkdən azad ola bilmirlər. Ağa qara demək, demokratiyaya zidd hərəkətlər etmək, beynəlxalq hüquqa qarşı çıxmaq sanki Fransa kimi dövlətlərin, eləcə də bəzi beynəlxalq qurumların hobbisinə çevrilib. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrelin ermənipərəst canfəşanlığı, ölkəmizə qarşı qərəzli mövqeyi xüsusi qeyd edilib. Dövlətimizin başçısı Borrelin əsassız fikirlərini xatırladıb. Aİ-nin nümayəndəsi deyib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Bu məlumat həqiqəti əks etdirmir. Azərbaycanın belə bir planları yoxdur. Bütün bunlar Fransanın, guya, Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanır. Prezident bildirib ki, Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq".

Ç.Qənizadə deyib ki, görüş zamanı bir daha bəyan edildi ki, Azərbaycan sülh prosesinə sadiqdir:

"Məhz Azərbaycan İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış etdi. Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşdırılmasında vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu 30 ilə yaxın müddətdə heç nəyə nail ola bilmədi. Otuz illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Azərbaycan öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdi. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək. Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər".

Hüqu müdafiəçisi dövlətimizin başçısının AŞPA-nın qərəzli mövqeyinə kəskin münasibətini də diqqətə çatdıraraq dedi ki, öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edib.

Bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür:

“Azərbaycan haqqında bilərəkdən çox mənfi təəssürat yaradılır. Əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik. Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir. Azərbaycan davamlı inkişaf edən ölkədir. Ölkəmizdə gedən proseslər və həyata keçirilən işlər Azərbaycanın normal həyatını təmin edir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR