İnsanlara hürriyət, millətlərə istiqlal!

İkardi türk mahnısı oxudu - VİDEO

832 23.05.2023 14:17 Maraqlı A A

Türkiyə Super Liqasında çempionluğa ən güclü namizəd olan “Qalatasaray”ın ulduz futbolçusu Mauro İkardi diqqətləri üzərinə çəkib.

O, türkiyəli ifaçı Simge Sağının "Aşkın Olayım" mahnısını oxuyarkən çəkdirdiyi anları sosial media hesabında paylaşıb.

Futbolçu, paylaşımına ifaçının adını işarələyərək, “Bağışla məni Simge, sənin oxuduğun kimi deyil, “Qalatasaray” azarkeşi kimi oxumağa çalışıram" deyib.

Qeyd edək ki, “sarı-qırmızılı” klubun azarkeşləri Simge Sağının bu mahnısını İkardiyə həsr ediblər. İkardi hər dəfə qol vurduqdan sonra tribunalardan onun şərəfinə “Aşkın Olayım” sədaları ucalır.

Sözügedən anları təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR