İnsanlara hürriyət, millətlərə istiqlal!

II Bakı Beynəlxalq Piano Festivalı məşhur norveçli pianoçunun konserti ilə davam edib - FOTO

660 20.06.2023 23:37 Mədəniyyət A A

ll Bakı Beynəlxalq Piano Festivalı iyunun 19-da məşhur norveçli caz pianoçusu Tord Qustavsenin konserti ilə davam edib.

Musavat.com bildirir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən festivalın 5-ci günündə Tord Qustavsen Trio qrupu zəngin musiqi proqramı ilə çıxış edib.

Qeyd edək ki, 52 yaşlı pianoçu Tord Qustavsen dünya miqyasında geniş qastrol səfərləri edir və müxtəlif vaxtlarda onun adını daşıyan trio, ansambl və kvartetin rəhbəri olub.

Konsertdə Tord Qustavsen fortepiano və elektronikada, Steinar Raknesin kontrabasda, Jarle Vespestad zərb alətində müasir cazı Skandinaviya xalq musiqisi elementləri ilə sintez edərək, musiqisevərlərə ecazkar musiqi bəxş ediblər.

Xatırladaq ki, iyunun 15-dən başlayan II Bakı Beynəlxalq Piano Festivalı iyunun 29-dək davam edəcək. Festivalda 11 ölkədən - Azərbaycan, Fransa, İspaniya, Braziliya, Avstriya, Türkiyə, Kanada, Latviya, Macarıstan, Norveç və Almaniyadan tanınmış musiqiçilər iştirak edir.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR