İnsanlara hürriyət, millətlərə istiqlal!

İƏT Cammu və Kəşmir məsələsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

417 28.10.2023 12:38 Dünya A A

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Cammu və Kəşmirin Hindistan tərəfindən qeyri-qanuni işğalının 76 illiyi ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət edib.

"Report" xəbər verir ki, təşkilatın rəsmi saytında bu barədə məlumat yayılıb.

Məlumata əsasən, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi beynəlxalq ictimaiyyəti BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bu münaqişənin həlli istiqamətində konkret addımlar atmağa çağırıb.

Baş Katiblik İƏT-in Cammu və Kəşmir əhalisinin öz müqəddəratını təyinetmə hüququ da daxil olmaqla, bütün hüquq və azadlıqlarına dəstəyini bir daha təsdiqləyib.

İslam Zirvəsi və İƏT Xarici İşlər Nazirləri Şurasının qərar və qətnamələrinə istinad edərək, Baş Katiblik Hindistanı Cammu və Kəşmir əhalisinin əsas insan hüquqlarına hörmət etməyə və ərazinin beynəlxalq səviyyədə tanınmış mübahisəli statusu fonunda 5 avqust 2019-cu il tarixindən bu günə kimi qəbul edilmiş qeyri-qanuni və birtərəfli tədbirləri ləğv etməyə çağırıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR