İnsanlara hürriyət, millətlərə istiqlal!

İdman ustasını qətlə yetirən azərbaycanlılara bağlı YENİ QƏRAR

1101 20.05.2024 15:07 Kriminal A A

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Samara vilayətində idmançının qətli ilə bağlı iş üzrə bəraət hökmünün çıxarılmasının əsaslarını yoxlamağı tapşırıb.

Lent.az xarici mediaya istinadən bildirir ki, İstintaq Komitəsinin məlumatına görə, söhbət cüdo üzrə rusiyalı idman ustasının qətlində əli olan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməməsindən gedir.

2019-cu ilin iyun ayında münaqişə zamanı üç azərbaycanlı susiyalı idmançı, cüdo üzrə idman ustası, Samara vilayətinin çempionu Yevgeni Kuşnirə travmatik tapança ilə bir neçə dəfə atəş açaraq kəsici-deşici alətlə vurublar. Zərərçəkmiş aldığı xəsarətlərdən dünyasını dəyişib.

Yevgeni Kuşnir

2024-cü ilin mayında məhkəmə iki azərbaycanlıya bəraət verib; onların ortağı Rusiyadan qaçıb.

“İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin ictimai məkanda səslənən arqumentləri nəzərə alaraq məhkəmənin bəraət qərarının əsasları barədə məlumat verməyi, habelə məhkəmə qərarından şikayət verilməsində prokurorluğa lazımi köməklik göstərməyi tapşırıb. Bundan əlavə, Bastrıkin şübhəlinin axtarışı üçün görülən tədbirlər haqqında hesabat təqdim etməyi əmr edib”, - məlumatda vurğulanır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR