İnsanlara hürriyət, millətlərə istiqlal!

İcarəyə götürdükləri avtomobillə qoyun oğurlayan şəxslər saxlanılıb

691 24.05.2024 09:56 Kriminal A A

Şəki Şəhər Rayon Polis Şöbəsinə rayonun Qoxmuq, İnçə və Köndələn kəndlərində sakinlərə məxsus xırdabuynuzlu heyvanların oğurlanması barədə məlumat daxil olub.

Daxil İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, zərərçəkmişlərdən daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı oğurluqları törədən Elmin Qasımov, İzzət Sarızadə və Fazil Qasımov saxlanılıb.

Onların paytaxtdan Şəkiyə gələrək otlaq sahələrindən ayrı-ayrı şəxslərə məxsus ümumilikdə 21 baş xırdabuynuzlu heyvanı oğurladıqları və icarəyə götürdükləri avtomobillə Bakı şəhəri, eləcə də Zaqatala rayonuna apararaq orada satdıqları məlum olub.

Araşdırmalarla saxlanılan şəxslərin Ağsu, Göyçay, Zaqatala və Balakən rayonlarında da analoji üsulla daha 11 baş heyvan oğurladıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR