İnsanlara hürriyət, millətlərə istiqlal!

Hitlerin intihara vadar etdiyi feldmarşal – Rommel Almaniyanın məğlub olacağını fürerə açıq deyib

3961 08.06.2022 13:39 Yaxın tarix A A

II dünya müharibəsi tarixə böyük itkilər və dağıntılar yazmaqla yanaşı, həm də dünyaya böyük sərkərdərləri tanıdıb. Məhz Duayt Eyzenhauer, Duqlas Makartur, Georgi Jukov, Konstantin Rokossovski, Bernard Lou Montqomeri, Haynts Quderian, Erik Manşteyn və tərəflərin digər peşəkar hərbçiləri bu müharibə zamanı hərbi talantlarını nümayiş etdirərək tarixə düşüblər. Onlardan biri də alman general-feldmarşalı, “Səhra tülküsü” adı ilə məşhurlaşan Ervin Rommel olub.

Ervin Rommel Vermaxtın digər ali rütbəli hərbçilərindən ordunun şəxsi heyəti və xalq arasında qazandığı nüfuzla fərqlənib və sözsüz ki, bu nüfuz III Reyx rəhbərliyi tərəfindən heç də xoş qarşılanmayıb.

Ervin Rommel 1891-ci ildə Almaniyanın Haydenxaym şəhərində müəllim ailəsində anadan olub. Orta təhsil aldığı illərdə o, aviasiya mühəndisiliyinə meyl göstərib. Valideynləri isə onun qarşısında iki şərt qoyub, ya atasının yolunu davam etdirərək müəllim peşəsini seçmək, ya da hərbçi olmaq. Rommel valideynlərinin ikinci təklifini seçib, gələcək həyatını hərb sahəsinə bağlayıb.

mPx4tjcSSrx_-Gs6FH6QBJ-x_e2CDtykzbfZfSqYCn5U6SKb96Z75vnftAwxFNvjlUBh0kUY.jpg (44 KB)

Rommel 1910-cu ildə piyada alayında xidmətə başlayıb və sonra ali hərbi təhsil alıb.

I dünya müharibəsinin iştirakçısı olan Rommel hərbi əməliyyatlarda fərqlənməyi ilə yanaşı, həm də hərbi nəzərriyyəçi kimi diqqəti cəlb edib. Əməliyyat müşavirələrində onun verdiyi təkliflər praktiki olaraq döyüş meydanlarında öz müsbət nəticələrini verib.

Rommel müharibədən sonra xidmətini Drezdendə piyada qoşunları məktəbində davam etdirib. Bu ərəfədə onun hərbi nəzəriyyə ilə bağlı yazdığı kitab hərbi təhsil ocaqlarında dərslik kimi istifadə olunub. Daha sonra o, hərbi-pedaqoji fəaliyyətini Potsdam Hərbi Akademiyasında davam etdirib. 1938-ci ildə isə Rommel Terzian Hərbi Akademiyasına rəis təyin edilib.

acrgRtyw_Qrp-MtL8Vghky87ZA4AQa52aHwlwr8s9AQkLsxhp3hEp2asa6Lz1Rx5rAT0kk49.jpg (76 KB)

Adolf Hitler Rommelin hərbi istedadını yüksək qiymətləndirib. Fürer onun hərbi akademiyadakı rəis vəzifəsini məhdud bir vəzifə kimi qəbul edib və onu öz yaxın ətrafına gətirməyə qərar verib. 1939-cu ildə Rommel Hitlerin mənzil-qərargahına komendant vəzifəsinə təyinat alıb.

II dünya müharibəsinin başlanması ilə Rommelin hərbi karyerasında yeni mərhələ başlanıb. 1940-cı ildə o, general-mayor rütbəsi alaraq 7-ci tank diviziyasına komandirlik edib. 1940-cı ilin may ayında Fransaya hücun zamanı Rommel yüksək peşəkarlıq nümayiş etdirərək sutkalar ərzində yüz minə qədər Fransa ordusunun döyüşçüsünü əsir götüməyə nail olub, bu əməliyyatlarda 500-ə yaxın fransız tankı məhv edilib. Məhz bu əməliyyatdan sonra o, şəxsən Hitler tərəfindən “Cəngavər xaçı” ordeni ilə mükafatlandırılıb.

1941-ci ildə Hitler Rommelə general-leytenant rütbəsi verərək onu alman ordusunun Afrika birləşmələrinə komandan təyin edib. Bu təyinat zamanı fürer onu qəbul edərək üzərinə düşən missiyanı generala izah edib və uğur qazanacağına şübhə etmədiyini bildirib.

f8ac39fc93dfb731a56710b2cf59ae34.jpg (74 KB)

Rommel bu vəzifədə də ona göstərilən etimadı doğruldub. O, Şimali Afrikada ingilislərə qarşı keçirdiyi əməliyyatlarla həm Hitleri, həm də Çörçilli təəccübləndirib. Kiçik qruplarla səhrada keçirdiyi uğurlu əməliyytalara görə onu “Səhra tülküsü” adlandırıblar. Hətta rəqib tərəf olmasına baxmayaraq Çörçill onu nəhəng sərkərdə kimi qiymətləndirib.

Afrikadakı uğurlarına görə 1942-ci ildə Rommel general-feldmarşal rütbəsi alıb.

1942-ci ildən sonra Rommel Vermaxtın “B” ordu qrupuna komandan təyin olunub. Bu ərərəfə o, dəfələrlə Vermaxt rəhbərliyini səriştəsizlikdə ittiham edib. Bununla yanaşı feldmarşal reyxsfürer Henrix Himmleri, SS-in fəaliyyətini sərt tənqid edərək bu qurumu vəhşilikdə, insanlığa qarşı cinayətdə suçlayıb.

Ql7H90bwU93mTYeKlJXpkv35fBqgW-VvHsBrxtcp4R9sqQZ6RlxJ16LUpKGzUxvAFrwMB9Bu.jpg (88 KB)

Rommel o cümlədən Hitlerə qarşı tənqidi fikirlər irəli sürməkdən də çəkinməyib. Təkbətək görüşlərinin birində feldmarşal fürerə tez bir zamanda müharibəni dayandırmağı məsləhət görüb, milyonlarla insanın məhv edilməsini mənasız, məqsədsiz, gələcəksiz olduğunu bildirib. O, qeyd edib ki, bu müharibədə Almaniyanın qələbəsi mümkünsüzdür.

Rommelin bu cür münasibəti Hitleri olduqca ciddi narahat edib. Fürer ulduza çevirdiyi feldmarşaldan ehtiyatlanıb. Əlbəttə, Hitler üçün onu aradan götürmək bir o qədər də çətin məsələ olmayıb. Amma o, bu işi səbəbsiz gördüyü halda orduda qarşıdurma yaranacağından qorxub. Belə ki, Rommel şəxsi heyət arasında həm peşəkar hərbçi, həm də ədalətli insan kimi böyük nüfuz qazanıb.

53204-main.jpg (117 KB)

17 iyul 1944-cü ildə Rommelin xidməti avtomobili qəzaya uğrayıb. Qəza qəsdən təşkil edilməyib. Sadəcə avtomobil bomba yağışına düşərkən sürücü yayınmaq istəyəndə maşın qəzaya uğrayıb. Rommel dərhal müalicə müəssisənə çatdırılıb.

Bu hadisədən üç gün sonra Hitlerə qarşı sui-qəsdə cəhd edilib. Araşdırma zamanı şübhəli bilinən cəhdin sifarişçilərinin siyahısına Rommelin də adı salınıb. Bu, Hitlerin təşəbbüsü ilə edilib. Rommelin bu cəhddə əli olmasını heç bir faktla sübut etmək mümkün olmayıb. Digər tərəfdən, həmin hadisə zamanı feldmarşal müalicə müəssisəsində ağır vəziyyətdə müalicədə olub. Hitler əfsanəyə çevirdiyi feldmarşalı məhv etmək üçün bu ərəfəni ən sərfəli məqam sayıb. Fürer onun yanına iki nəfər göndərib. Rommelin qarşısına iki şərt qoyulub, ya sui-qəsddə əli olduğunu etiraf etsin, ya da intihar yolunu seçsin. Feldmarşal ikinci yolu seçib, o zəhərli maddə içərək intihar edib.

2kDHnrloPMUBWhMjTJzER9DtQuDXcKDSPaQbRmP1U_DMF48VdcsD5G5oQOU9jMc4OOhHwADk.jpg (107 KB)

Beləliklə, 52 yaşlı feldmarşal Rommelin həyatına intihara məcbur etmə ilə son qoyulub. Fürer “sevimli” feldmarşalından yaxasını qurtara bilib. SS onun meyitinin yarılmasına imkan verməyib. Feldmarşalın nəşi kremasiya (yandırılıb) olunub. Çox keçməmiş elə Hitlerin özü də yandırılıb. Amma Rommeldən fərqli olaraq fürer bu addımı könüllü atıb.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR