İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanlı politoloq: Rusiya Hindistan-Yunanıstan-Ermənistan ittifaqindan narahatdır

579 28.03.2024 17:25 Siyasət A A

“Pakistan-Azərbaycan-Türkiyə oxuna qarşı Hindistan-Yunanıstan-Ermənistan oxu yaradılır və bu yeni ittifaq Cənubi Qafqazda balanslaşdırıcı qüvvə kimi çıxış edə bilər. Lakin bu da Rusiyanın xoşuna gəlmir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər hindistanlı politoloq Maheş Rancan Debata tərəfindən martın 28-də təşkil olunan “Ermənistan sivilizasiyanın kəsişməsi kimi: tarixi və mədəni əlaqələr” adlı konfransda səslənib.

Hindli politoloq Qarabağdakı müharibə və Kəşmir məsələsində Türkiyə ilə Pakistan arasında yaxınlaşmadan sonra Ermənistan və Hindistan arasında da silah tədarükü haqqında saziş imzalandığını xatırladıb.

Ekspertin sözlərinə görə, Yeni Dehli və İrəvan qarşılıqlı faydalı əməkdaşlıq qurublar: Hindistan silah ixracı bazarını genişləndirir, Ermənistan isə qoruyucu vasitələr alır. “Azərbaycan və Pakistan arasında Bakıya qırıcı təyyarələrin tədarükü ilə bağlı saziş Ermənistan və Hindistanın təhlükəsizlik sferasına da təsir edir”, - deyə o vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR