İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanda partlayış - Ölən və yaralananlar var

462 29.10.2023 16:09 Hadisə A A

Hindistanın Kerala ştatında “Yehovanın şahidləri”nin qurultayında baş vermiş partlayış nəticəsində azı 1 nəfər ölüb, 36 nəfər yaralanıb.

Bu barədə ştat polisinin rəisi Şaiq Dərviş Sahib bildirib.

Qeyd olunub ki, insident Koçi şəhərinin yaxınlığındakı Kalamasseridə olub. Partlayış təşkilatın üçgünlük regional qurultayının keçirildiyi konfrans zalında baş verib.

İlkin versiyaya görə, əldəqayırma partlayıcı maddə işə düşüb.

“Bunun arxasında kimin dayandığını müəyyən edəcəyik, ciddi tədbirlər görəcəyik”, – polis rəisi vurğulayıb.

Eyni zamanda, polis bir partlayışın baş verdiyini açıqlasa da, bəzi KİV üç partlayışın olduğuna dair məlumat yayıb.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR