İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan bazara milyonlarla ton buğda və düyü çıxardı

776 09.08.2023 18:37 İqtisadiyyat A A

Hindistan hökuməti daxildə qiymət bahalaşması və qıtlığın qarşısını almaq üçün dövlət ehtiyatlarından 5 milyon ton buğda və 2,5 milyon ton düyünü satışa çıxarıb.

Musavat.com xəbər verir ki, "The Economic Times"ın yazdığına görə, Hindistan Dövlət Ərzaq Korporasiyası bu məhsulları bazar dəyərindən aşağı qiymətə hərrac yolu ilə satır.

Ölkənin istehlakçı və ərzaq bölüşdürülməsi nazirinin müavini Sanciv Çopra bazara çıxarılan əlavə həcmlərin pərakəndə satışdakı inflyasiyanı nəzarətdə saxlamağa, həmçinin ərzaq taxılının qiymətini azaltmağa imkan verəcəyini deyib. Kəskin quraqlıq səbəbindən məhsuldarlığın aşağı düşməsi Hindistanda ərzaq qiymətlərinin bahalaşmasına səbəb olub. Bəzi ştatlarda buğdanın tonu 307 dollara yüksəlib.

Hindistan hökuməti qıtlıq və bahalaşmanın qarşısını almaq üçün 2018-ci ildən buğda idxalına tətbiq etdiyi qadağanı aradan qaldırmağa hazırlaşır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR