İnsanlara hürriyət, millətlərə istiqlal!

Hikmət Hacıyev Aİ səfirləri ilə görüşüb - FOTO

400 19.07.2023 16:49 Siyasət A A

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqına üzv ölkələrin Azərbaycandakı səfirləri ilə görüşüb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann "Twitter" hesabında bildirib.

“Ədalətli və dayanıqlı sülhə gedən yol barəsində Aİ və tərəfdaşlarla dəyərli müzakirələrə görə Hikmət Hacıyevə təşəkkür edirəm.

Almaniya hər iki münaqişə tərəfinin oraya mümkün qədər tez çatması üçün dəstək verməyə sadiqdir”, - alman diplomat qeyd edib.

Qeyd edək ki, görüşdə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Qevara, Türkiyə səfiri Cahit Bağçı və Böyük Britaniya səfirinin müavini də iştirak edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR