İnsanlara hürriyət, millətlərə istiqlal!

"Həyat adlı film indən sonra başlayır" - Bakı məktəblərində son zəng çalındı - VİDEOREPORTAJ

1357 14.06.2022 19:25 Reportaj A A

Bu gün respublikanın ümumtəhsil məktəblərində orta təhsilini başa vuran 91 188 nəfər şagird üçün "Son zəng" çalındı. Kimlər üçünsə sıradan olan bu tarix məzunların həyatına qızıl hərflərlə yazıldı. Bir mərhələni bitirib, növbətisinə qədəm qoydular çünki...

Həyəcanları böyük, sevincləri dünya boyda olan məzunların arzularını dinlədik. Valideynlərin gözləntiləri, müəllimlərinin ümidləri... Son zəngdə sevinc həyəcana, həyəcan ümidə qarışıb... Məzunlar gələcəklərini planlayır: hər şey indən sonra başlayır...

Bakı məktəblərinin isə XI siniflərini 23 505 nəfər şagird bitirərək məzun adını qazanıb.

Bu münasibətlə ölkəmizin ümumtəhsil müəssisələrində "Son zəng" tədbirləri keçirilir.

TV Müsavatın əməkdaşları bu gün Bakıdakı 214 saylı məktəbin son zəng tədbirində olub və məzunların, valideyn və müəllimlərin təəssüratlarını dinləyib. Məzunlardan biri, Əkbər Quluzadə isə məzuniyyət sevincini çox sentimental formada ifadə edib: "11 il bu həyat adlı filmin fraqmenti idisə, filmin özü indi başlayır".

Videoreportajı diqqətinizə çatdırırıq:

Alim Liftiyev,
Video Rafət Şahbazovundur

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR