İnsanlara hürriyət, millətlərə istiqlal!

Həştərxan bazarı yanır

572 21.04.2024 23:05 Hadisə A A

Rusiyanın Həştərxan şəhərində “Böyük İsadi” bazarında yanğın başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, mağaza və ticarət pavilyonlarını əhatə edən yanğının sahəsi təxminən 2 dəfə artıb. Lakin xilasedicilər yanğını 1,2 min kvadratmetr sahədə lokallaşdırıblar.

Hələlik yanğın nəticəsində zərərçəkənlər barədə məlumat açıqlanmır. Bildirilir ki, şəhər Fövqəladə Xilasetmə Mərkəzinin xilasediciləri 100-dən çox insanı təhlükəli zonadan çıxarmağa müvəffəq olublar.
Yanğın yerinə əlavə qüvvə və vasitələr cəlb olunur.

Prokurorluq yanğınla bağlı araşdırmaya başlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR