İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbi hissə komandirinin müavini Arazdəyəndə ağır qəza törətdi

1162 29.05.2024 22:25 Hadisə A A

Bu gün, mayın 29-da Qərbi Azərbaycanın Vedibasar bölgəsində yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, saat 16:25 radələrində İrəvan-Arazdəyən yolunun 33-cü km-də, Vedi inzibati ərazisində “Ford Fusion” markalı avtomobil velosipedçini vurub, daha sonra qarşıdan gələn zolağa dönüb. Ardınca o, “Hyundai Elantra” markalı avtomobilə çırpılıb və yolun hərəkət hissəsindən kənara çıxıb, 20 metrə yaxın sürərək tarlaya düşüb.

Məlumata görə, hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 5 nəfər Vedi tibb mərkəzinə yerləşdirilib. Faktla bağlı Vedi İstintaq Şöbəsində cinayət işi başlanılıb, sürücülərin və zərərçəkənlərin şəxsiyyəti müəyyənləşdirilir. Məlumata görə, qəzanı Ermənistan ordusunun zabiti törədib. O, hərbi hissə komandirinin müavinidir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR